Bolqarıstan cəmiyyətinə Qarabağ problemi haqqında məlumat verilib

"Azərbaycan-Bolqarıstan dostluğunun inkişafına dəstək" Azərbaycan-Bolqarıstan Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınin maliyyəi əsasında "Bolqarıstan ictimaiyyətində Dağlıq Qarabağ probleminin işıqlandırılması" mövzusunda layihə həyata keçirib. İctimai Birlikdən "OLAYLAR"-a bildirilib ki, layihə çərçivəsində Bolqarıstan ictimaiyyəti ilə görüşlər keçirilib, bu görüşlər zamanı Dağlıq Qarabağ problemi mövzusu işıqlandırılıb. Qeyd olunub ki, Azərbaycanın qarşısında duran əsas vəzifə - Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Dağlıq Qarabağ tarixən əzəli Azərbaycan torpağıdır və hüquqi cəhətdən Azərbaycanın ayrılmaz hissəsidir. Beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələr bizim mövqeyimizi gücləndirir və müdafiə edir. "Azərbaycan-Bolqarıstan dostluğunun inkişafına dəstək" Azərbaycan-Bolqarıstan Cəmiyyətinin sədri Mariya Hüseynovanın "Bolqarıstan ictimaiyyətində Dağlıq Qarabağ probleminin işıqlandırılması" mövzusundakı müsahibəsi Bolqarıstan Milli Radiosunun dinləyicilərinə təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00