Ombudsman: “Azərbaycanda heç bir ayrı-seçkiliyə yol verilmir”
16 İyun 2016 15:24 Sosial"İnsan hüquqları sahəsində bütün ölkələr üçün örnək olan Azərbaycan bir çox təşəbbüslər irəli sürüb və bu təşəbbüslər dəyərləndirilir:. Bunu deyən İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovanın sözlərinə görə, Ombudsman təsisatı məhkəmədən kənar ilk insan hüquqlarının müdafiəsi qurumu olub: "Biz penitensiar müəssisələrə də nəzarət həyata keçiririk. Azərbaycanda heç bir ayrı-seçkiliyə yol verilmir. Azərbaycanda ombudsmana hər bir kəs müraciət edə bilər. Heç də bütün ölkələrdə hər bir şəxs ombudsmana müraciət edə bilmir. İctimai dinləmələr ombudsman institutunun ölkəyə gətirdiyi bir yenilikdir. Biz ilk günlərdən rayonlarda ictimai dinləmələr keçirməyə başlamışıq. Bu ictimai dinləmələr vasitəsilə əsl ictimai iştirakçılığı həyata keçiririk. Digər tərəfdən, Azərbaycan yeganə dövlətlərdən biridir ki, qısa dövrdə 61 əfv fərmanı imzalanıb, 11 amnistiya aktı tətbiq olunub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilən son amnistiya aktı 11 min insana tətbiq olunacaq. Təkcə dünən 350 insan azadlığa çıxdı".