Qubada gənclərin regional forumu keçiriləcək

İyunun 17-də Quba şəhəri Gənclər Mərkəzində Gənclər və İdman Nazirliyi tərəfindən Quba-Xaçmaz iqtisadi rayonlarına daxil olan rayon və şəhərin (Quba, Qusar, Xaçmaz, Xızı, Şabran,Sizyəzən rayonları) fəal gənclərinin iştirakı ilə "Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış" mövzusunda regional forumun keçirilməsi planlaşdırılır. Bu bsrədə məlumat "OLAYLAR"-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, forumda gənclər arasında vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik ideyalarının təbliğ edilməsi, vətəndaş cəmiyyətinin formalaşmasında gənclərin iştirakı kimi məsələlər müzakirə ediləcək. Forumda əlaqədar dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakları da planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00