Moskvada İbad Hüseynovla görüş keçirilib

Azərbaycan respublikasının ən yeni tarixinin şanlı səyifələrindən sayılan 15 iyun Milli Qurtuluş Günü ərəfəsində Rusiya paytaxtında əfsanəvi qəhraman İbad Hüseynovla görüş keçirilib. Azərbaycan Slavyan Gənclər Assosiyasının Rusiya nümayəndəliyi və ADDIM gənclər təşkilatı tərəfindən təşkil olunan bayram tədbiri Azərbaycan hərbçisi, Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni kavaleri İbad Hüseynov haqqında filmin nümayişi ilə başlayıb. "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, filimdə Qarabağ müharibəsinin həqiqətləri, İbad Hüseynovun cəhbə xəttində göstərdiyi şucaətləri və erməni terrorçusu, günahsız və silahsız insanları qətlə yetirən Monte Melekonyanın necə öhdəsindən gələrək Azərbaycan xalqının qisasını aldığı göstərilib. Tədbiri giriş sözü ilə açan ASGA Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdiyev və ADDIM gənclər təşkilatının sədri Hüseyin Cavadzadə Milli Qurtuluş Günü haqqında qonaqlara məlumat verib. Rusiya Dövlət dumasının deputatı Maksim Şinqarkin Rusiya və Azərbaycan arasında olan dostluq münasibətlərinə diqqət çəkib. Sonda tədbirin fəxri qonağı İbad Hüseynov çıxış edərək görüş iştirakçılarına təşəkkür edərək Moskvada olmağdan şad olduğunu bildirib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00