Qarabağ döyüşçüsü Türkiyənin siyasi partiyalarındə görüşlər keçirəcək
16 İyun 2016 12:24 SosialAntalya Azərbaycan Kültür Egitim Dayanışma Dərnəyinin (AAKEDD) təşkilatçılığı ilə Qafqaz və Qarabağ döyüşlərinin iştirakçısı Arif Məhərrəmovun Türkiyəyə səfəri təşkil olunub. Bu barədə "OLAYLAR"-a məlumat verən dərnəyin sədri Aynur Məmmədova deyib ki, iyunun 19-dan 22-dək davam edəcək səfər zamanı Arif Məhərrəmov Türkiyənin siyasi partiyalarında görüşlər keçirəcək: "Hakim Ədalət və İnkişaf Partiyası, CHP ə MHP-də keçirilən görüşlərdə Türk dünyasının problemləri, Qarabağda, qafqazlarda cərəyan edən proseslər barədə fikir mübadiləsi aparılacaq". Aynur Məmmədova deyib ki, Arif Məhərrəmovun həmçinin Antalyanın Kəpəz, Muratpaşa və Konyaaltı bələdiyyələrində də görüşləri nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00