Beynəlxalq Antiişğal Forumu toplandı

Beynəlxalq Antiişğal Forumunun Azərbaycan nümayəndəliyinin növbəti toplantısı olub. "OLAYLAR"-a daxil olan məlumata görə, toplantıda Forumun üzvləri və Tatarıstan üzrə nümayəndəsi Sərraf Kərimov iştirak ediblər. Toplantının gündəliyinə Milli Qurtuluş günü ilə bağlı , Forumun Azərbaycan nümayəndəliyinin fəaliyyəti ilə bağlı və cari məsələlər bağlı məsələlər daxil edilib. Forum üzvləri Almaniyanın "Qondarma erməni soyqırımı" ilə bağlı qəbul etdityi qərarla bağlı narazılıqlarını, narahatlıqlarını bildirərək hər zaman Türkiyənin yanında olduğumuzu vurğulayıblar. Almaniya kimi bir dövlətin vaxtilə soyqırım törətməsini unutmasını, Xocalıda baş verən soyqırıma səssiz qaldığına diqqəti yönəldərək tarixçilərin görəcəyi işə bir dövlətin münasibət bildirməsinin doğru olmadığını qeyd ediblər. O da bildirilib ki, bu yanlışlığın düzəldilməsi gec deyil və Almaniya məsələyə münasibətini dəyişəcək. Daha sonra Forumun Gəncə səfəri müzakirə olunub. Həmin tədbirdə qarşıya qoyulan məsələlərin həlli üçün görüləcək işlərlə bağlı tapşırıqlar verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00