Uşaq evində dəhşət ! “İstədiyimiz vaxt uşaq evindən çıxa bilirik” - Gecə 2-də verilən müsahibə
14 İyun 2016 22:04 SosialTəhsil Nazirliyinin Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin sakini olan bir uşağın nəzarətsiz saxlanılması məlum olub.
Video-görüntülərdə gecə təxminən 2 radələrində uşaq evindən olan E.M. ilə dialoq yer alıb.
Söhbət zamanı E.M. uşaq evində mühafizəçi olmadığını, istənilən uşağın internatdan istədiyi vaxt çıxdığını deyib.
Uşaq söhbət zamanı Reyhanə Sadıqovanın rəhbərlik etdiyi uşaq evində onlara vaxtı-vaxtında yemək verilmədiyini də bildirib.(Report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00