Buzlu su içmək insanı arıqladırmı?
14 İyun 2016 19:46 SosialVə orqanizmdə hansı prosses gedir ki, buzlu su ilə arıqlamaq mümükün olur?
Buzlu su içmək bədəndə maddələr mübadiləsini sürətləndirməyə kömək edir. Məsələn, 340 ml stəkanla gündə 8 stəkan buzlu su içərsinizsə, 200 kalori yandırmış olarsınız. Bu da kilo vermənizi sürətləndirər.
500 ml. buzlu su, neçə kalori yandırır ?
- Deyək ki buzlu suyun istiliyi 0 dərəcəyə yaxındır,
- Bədən istiliyiniz 37 dərəcəyə yaxındır,
- 1 qram suyu 1 dərəcə isitmək üçün xərclənən enerji miqdarı 1 kaloridir,
- 500 ml. suyun 473,18 qram olduğunu bilirik.
Belə bir nəticəyə gəlmək olar ki, 500 ml buzlu suyu 37 dərəcə istiliyə çıxara bilmək üçün bədən 17,5 kilo kalori yandırmaq məcburiyyətində qalacaq.
Gündəlik ehtiyacınız olan 2000 kilo kalorilik bir pəhrizin olduğunu düşünsəniz, 17,5 kilo kalori çox görünmür. Deyək ki, sağlam qidalanma üçün, gündə 8 ədəd 125 ml-lik stəkanda buzlu su içilir. Bədənin yalnız buzlu suyu isitmək üçün gün ərzində 70 kilo kalori yandıracaq. Bu heç bir şey etmədən əlavə arıqlama deməkdir. Balanslı bir pəhriz və arıqlama hərəkətləri ilə çox rahat çəki verə bilərsiniz.
Əgər su içməyi sevmirsinizsə, buzlu suyu limonla dadlandıra bilərsiniz.
Bu arada, çox su içmək bədəni şişirir, daha çəkili göstərir kimi səhv məlumatları ağılınızdan çıxarın. Su içmək, qaraciyər və böyrəklərin təmizlənməsinə, toksinlərin atılmasına köməkçi olan ən əhəmiyyətli vasitədir. Bədən şişliyini az su içməkdən qaynaqlanır.Təbii ki, sadəcə buzlu su içmək deyil, isti yaz günlərində bir, iki stəkan buzlu yaşıl çay da içmək yaxşı təsir edir. İmmunitet sistemini qoruya biləcək ən təsirli dəstək antioksidantlardır. Bu səbəblə günəş yüksəldikcə antioksidanların sağlamlığımız üçün əhəmiyyəti artır. Yaşıl çay tərkibindəki falvonoidlər (antioksidant) sayəsində yaşlanmanı zəiflədə bilərsiniz. Buzlu su ilə əlavə kalori yandırma fürsəti əldə edirsiniz.