Vergi Məcəlləsinə dəyişiklik edilib

Milli Məclisin iyunun 14-də keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik edilməsi müzakirə olunub. "Olaylar"ın məlumatına görə, dəyişikliyə əsasən vergi orqanları işçilərinin sosial müdafiəsi, o cümlədən vergi orqanlarının maddi texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50%-i hesabına bu orqanların büdcədənkənar fondu yaradılır. Hazırda isə bu rəqəm 25%-dir. Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00