Rəsm əsərlərinin satış-sərgisi təşkil olunub
14 İyun 2016 13:37 SosialZaqataladakı "Dədə Qorqud" meydanında hər gün qrafik əsasında rəsm əsərlərinin satış sərgisi təşkil olunur. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, rayon Mədəniyyət və Turizm şöbəsinin, Rəsm qalereyasının təşkilatçılığı ilə baş tutan sərgi yay mövsümündə rayonda turizmin inkişafına dəstək vermək, insanların asudə vaxtının təşkil etməkdir. Sərgidə yerli rəssamlar öz rəsm əsərlərini sərgiləməklə yanaşı açıq havada müxtəlif əsərlər yaradırlar. Sakinlərin və şəhərin qonaqlarının diqqətini cəlb edən sərgi mövsüm boyunca qrafik əsasında adları çəkilən yerli rəssamların rəhbərliyi ilə keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00