İçməli suyun verilməsində məhdudiyyətlər olacaq

Son günlər intensiv yağıntılarla əlaqədar Kür çayında suyun bulanıqlığı dəfələrlə artıb. "Azərsu" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a daxil olan məlumata görə, bununla əlaqədar Kür Sutəmizləyici Qurğularında suyun emalı mümkün olmadığından Kür-Bakı, Şirvan-Muğan və Saatlı-Sabirabad qrup su kəmərləri ilə suyun nəqli dayandırılıb. 14 iyun 2016-cı il tarixdə gün ərzində Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və Biləsuvar şəhərlərinə, həmçinin Bakı şəhərinin Qaradağ rayonunun, Badamdar, 20-ci sahə, Binəqədi, Biləcəri, Xocasən qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Nizami və Xətai  rayonlarının bəzi ərazilərində isə su təchizatı qrafikli rejimə keçiriləcək. Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00