Komitə sədri: “Qanunun müəllifi onu belə görmək istəyir”

Milli Məclisin iyunun 14-də keçirilən növbədənkənar iclasında "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qanun layihəsinin üçüncü oxunuşa xeyli təkmilləşdirlmiş formada hazırlandığını qeyd edib. Millət vəkili Tahir Kərimli qanuna müəyyən düzəlişlərin olmasını təklif edib. O, bu məqəsədlə bir neçə qanunlardan sitat gətirib. Komitə sədri E.İbrahimov isə həmkarına belə cavab verib: "Məndən olsa, burada xeyli qanunlardan misal gətirirəm. Amma qanunun müəllifi deyir ki, belə olmalıdır. Qanun Prezident Administrasiyanın müvafiq şöbələri ilə razılaşdırılıb və onlar da qanunu belə görmək istəyirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00