Təhsil Nazirliyi: “Formula-1” ilə əlaqədar ali məktəblərdə yay imtahanlarının vaxtı dəyişdirilib

Bu il Azərbaycanda keçriləcək "Formula-1" yarışları ilə ələqadar olaraq Ali təhsil müəssisələrində yay imtahanlarının keçirilmə vaxtında dəyişiklik olub. Təhsil Nazirliyindən APA-nın sorğusuna cavabda bildirilib ki, Elm, ali və orta ixtisas təhsili şöbəsi tərəfindən yarışlar keçirilən müddətdə müəllim və tələbələrin imtahanlarda iştirak etmələrində hər hansı problemin yaranmaması üçün universitetlərdən yalnız 15-20 tarixlərinə imtahan təyin olunmaması xahiş olunub.  Digər günlərdə isə imtahanlar təyin olunduğu qaydada davam etdiriləcək. Yay imtahan sessiyasına iyunun 1-dən start veriləcək, iyulun 5-də yekun vurulacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00