Arzu Rəhimov Salyanda vətəndaşları qəbul edəcək
31 May 2016 13:39 SosialAzərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov iyunun 16-da Salyan rayon şöbəsinin inzibati binasında Sabirabad, Kürdəmir, Hacıqabul, Neftçala, Şirvan və Salyan rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək. "OLAYLAR"-ın Xidmətə istinadən verdiyi xəbərə görə, qəbula yazılmaq istəyən vətəndaşların 15.06.2016-cı il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00