“2015-ci ildə büdcədə neft amilinin payının aşağı düşməsi tendensiyası baş verdi”
31 May 2016 13:34 SosialBunu Milli Məclisin iclasında millət vəkili Əli Məsimli deyib. Ə.Məsimli bildirib ki, büdcə kəsiri nə qədər yüksək olarsa, bu inflyasiya üçün əsas ola bilər: "Bu amilləri qeyd etməklə dövlət büdcəsinin icrasının qənaətbəxş olduğunu qeyd edə bilərik. Büdcəni Maliyyə Nazirliyinin üzərinə atmaq lazım deyil. Bu mərhələdə yeni vahid maliyyə pul krediti mərhələsinə keçilməsinin vaxtıdır. Əgər biz istəyiriksə ki, böhrandan tez çıxaq, habelə beynəlxalq miqyasda müşahidə edilən böhranın ölkəmizə təsirini azaldaq, bunun üçünn büdcənin strukturunda dəyişiklik edilməlidir". Əli Məsimlinin sözlərinə görə, banklara olan kreditlər məsələsinə diqqət olunmalı, bununla bağlı müşahidə olunan problem həll olunmalıdır: "Biz 14 səhifədən ibarət təkliflər paketi hazırlayaraq, əlaqədar qurumlara təqdim etmişik. Bunun üzərindən bir ay zaman keçir. Bu təkliflərdə bank sektorunda müsbət tendensiya ilə yanaşı kreditlər məsələsinin də həlli təklif edilir. Bəzi banklar yüksək faizlə kredit veriblər, az sonra krediti ödəyə bilməyən insanların əmlakını, mülkiyyətini maaş kartına sahib çıxıblar. Bu soyğunçuluqdur. Aidiyyətli qurumlar bu nöqsanları aradan qaldırmalıdır".