Səhiyyə Nazirliyi: "Xızıda baş verən avtobus qəzasında yaralanan 17 nəfərdən birinin vəziyyəti ağırdır"

15 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir

Xızı rayonunda baş verən avtobus qəzasında yaralanan 17 nəfərin vəziyyəti stabildir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 1 nəfərin isə vəziyyəti ağırdır: "Həmin şəxs qəza nəticəsində ağır kəllə beyin travması alıb. 14 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir". Nazirlikdən bildirilib ki, Bakıdakı 1 saylı şəhər Klinik Tibbi Mərkəzə yerləşdirilən 2005-ci il təvəllüdlü Nigar Kazımlı və 1964-cü ildə anadan olan İndirra Mollayevanın isə vəziyyəti qismən yaxşılığa başlayıb: "Nigar Kazımlının vəziyyəti orta-ağır qiymətləndirilir. Bu gün xəstələrdən evə buraxılan yoxdur".

Xatırladaq ki, mayın 29-da Xızı rayonunun Altıağac qəsəbəsində Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin tələbə-müəllim heyətini daşıyan avtobus qəzaya uğrayıb. Qəza nəticəsində 3 nəfər ölüb, 21-i yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00