Damcıvari və çiləyici suvarma metodları ətrafında müzakirə

Marneuli Bələdiyyəsinin böyük konfrans zalında M.M.C."Gürcüstan Meliorasiyası"-nın nümayəndələri müassir suvarma metodlarının ictimaiyyət arasında yayılması məqsədi ilə erli fermərlər ilə məlumatyönlü görüş keçirdilər. M.M.C."Gürcüstan Meliorasiyası"-nın nümayəndələri yerli fermerlərə damcıvari və çiləyici suvarma metodları haqqında ətraflı məlumat verdilər. Qvareli rayonundan olan fermerlərdə bu görüşə qatılmışdılar. Onlar artıq damcıvari və çiləyici suvarma sistemlərindən istifadə edirlər deyə auditoriyadakılar ilə öz təcrübələrini bölüşdülər. Görüşdə İcra Başçısının müavini Kamandar İsmayılov, İcra Hakimiyyətinin əməkdaşları, M.M.C."Gürcüstan Meliorasiyası"-nın nümayəndələri, yerli fermerlər və məsələ ilə maraqlanan şəxslər iştirak edirdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00