Arxeoloqlar üçün ekskursiya turu baş tutdu
31 May 2016 11:40 SosialMarneuli Bələdiyyəsinin İcra Hakimiyyətinin təşkiatçılığı ilə, İmir kəndi yaxınlığında yerləşən Neolit dövrünə aid edilən təpəlikdə arxeoloji qazıntılarla məşğul olan gürcü və Kanadalı arxeoloqlar üçün, Bələdiyyənin adət-ənənələri və mədəniyyəti ilə daha yaxşı tanış olmaları məqsədi ilə eksqursiya təşkil olundu. Ekspedisiya qrupu səyahət çərçivəsində tarixi abidələr, Dəmyə-Gorarxıda mövcud olan pomidor istixanası təsərrüfatına baş çəkdilər, eyni zamanda Dəmyə-Gorarxıda azərbaycanlı ailəsində qonaq oldular və çay hazırlama mədəniyyəti ilə də tanış oldular. Gələcəkdə də arxeoloqlar üçün ekskursiya turu planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00