"Böyük İpək Yolu” məşvərətçi statusu aldı
27 May 2016 18:47 Sosial"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı BMT - nin İqtisadi və Sosial Şurası yanında Qeyri Hökumət Təşkilatları (QHT) üzrə Komitəyə xüsusi məşvərətçi statuslu üzvü qəbul edilib. 2007-ci ildən BMT - nin İqtisadi və Sosial Şurası yanında Qeyri Hökumət Təşkilatları (QHT) üzrə Komitəyə məşvərətçi statuslu, 2014-cü ildən isə Komitənin Yüksək Statuslu üzvü Beynəlxalq Avrasiya Mətbuat Fondu "Böyük İpək Yolu" BGI-nin uğurunu Azərbaycanda vətəndaş cəmiyyətinin uğuru olaraq qiymətləndirib. BAMF-ın sədri Umud Mirzəyev bildirib ki, Azərbaycan təşkilatının BMT kimi yüksək nüfuzlu təşkilatın xüsusi statuslu üzvü adına layiq görülməsi, ölkəmizdə vətəndaş cəmiyyətinin fəaliyyətinə böyük etimadın göstəricisidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00