Rabitə operatorları gücləndirilmiş rejimə keçirlər
27 May 2016 17:54 SosialBakıda "Formula-1" Avropa Qran-prisinin keçiriləcəyi dövrdə rabitə şəbəkələrinin fasiləsiz işini təmin etmək üçün operatorların telekommunikasiya qovşaqları gücləndirilmiş rejimdə işləyəcək.
Bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur bölmələrinə bütün torpaq və tikinti-montaj işlərini dayandırmaq, təhülkəsizlik xidmətini gücləndirmək və mümkün problemlərin operativ aradan qaldırılması üçün qəza briqadalarını hazırlıq vəziyyətinə gətirmək tapşırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00