Təsiredici ünsiyyət üçün - qızıl qaydalar

Xüsusilə müdirlər və idarəçilər üçün fikirlərini yaymaq və insanlarla əlaqələrini inkişaf etdirmək üçün kömək edən bu qaydalar "Words that work" adlı kitabdan seçilib. Bu kitab düşüncə və sözlərin gücü haqqında olduqca məşhur kitabdır. Sizdə insanlarla ünsiyyətinizi inkişaf etdirmək istəyirsinizsə buyurun sizin üçün 10 qızıl qayda.

Sadə olun: Bəsit sözlərdən istifadə edin. Düşüncələr və fikirlər daha asan sözlərlə ifadə edildikdə daha inandırıcı olur.
Qısa cümlələr qurun: Pazılın parçalarını yerləşdirdiyiniz kimi doğru, yerində və qısa cümlələrə üstünlük verin. Ən əsası sol qulağınızı sağ əlinizlə qaşımayın
Səmimi olun: Əgər sözlərinizdə səmimiyyət yoxdursa qarşınızdakı insan dediklərinizə inanmayacaq və beləliklədə insanlar üzərindəki təsiriniz sıfıra enəcək.İlk öncə insanlara kim olduğunuzu və nə etdiyinizi anladın sonra isə niyyətinizi bildirin.
Təkrar edin: Unutmayın eyni şeyi təkrar bə təkrar danışsanız öznüzdə bezə bilərsiniz lakin dediyiniz sözlərdən çoxunu insanlar ilk dəfə eşidəcəklər.
Yeni fikirlərə açıq olun: Əgər yeni fikirlərinizdən sonra bunu bilmirdim cavabı gəlsə deməli artıq uğurlu olmusunuz.
Səsiniz və sözləriniz keyfiyyətli olsun: Səs tonunuzu düzgündürsə və keyfiyyətli sözlər seçmisinizsə deməli sizin qarşınızda heç kim dura bilməz.
İlham verən insan olun: Bir mesaj vermək istəyirsinizsə bu insanların eşitmək istədiyi, onların ən dərin ümidləri, qorxuları və düşüncələrinə toxunmalıdır. Ən yaxşı danışıqlar bizi idealist edənlərdir.
Gözdə canlandırın: Canlı bir rəsm çəkin. Həyatımızda heç vaxt unutmadığımız şüarlar həmişə görə biləcəyimiz, hiss edə biləcəyimiz vizual ünsürlərdən ibarət olur.
Bir sual verin: Aldığı ətin yağlı olduğunu satıcıya şikayət edən müştəri- Bu sizə yağsız kimi görünmürmü? Şəklində sualı daha təsirlidir. Həmçinin- Mənim yerimdə olsa idiniz nə edərdiniz? Sualıda qarşıdakı insana mənəvi təzyiq edərək istəyinizə çatmaqda sizə kömək edəcək.
Çərçivə daxilində danışın: İnsanlara bir mesaj vermək istədiyinizdə əvvəlcə bunun səbəbini deyin. Bəzi insanlar ilk öncə mövzunu bilmək istəyirlər. Mövzu və səbəb bilinəndən sonra verdiyniz mesaj daha tez qəbul olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00