Azərbaycanlılar Rusiyadan deportasiya olundular

Rusiyalı məhkəmə icraçıları miqrasiya qaydalarını pozduğu üçün 5 əcnəbini ölkədən deportasiya edib. Rusiya KİV-i xəbər verir ki, onlardan 3-ü Azərbaycan, 2-si isə Çin vətəndaşıdır. Deportasiya proseduru Moskvanın Şeremetyevo aeroportundan həyata keçirilib. Onlara həmçinin, Rusiyaya giriş 5 il müddətində qadağan olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00