Məktəblərdə bədən tərbiyəsinin tədrisi ilə bağlı təkliflər paketi hazırlanacaq
27 May 2016 11:41 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, " SAF Həyat Naminə" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə "Bizim uğurumuz" məktəblilər arasında basketbol yarışı" adlı layihə həyata keçirilir. Bu barədə "OLAYLAR"-a məlumat verən Birliyin sədri Dinara Abbasovanın sözlərinə görə, layihə çərçivəsində Bakı, Sumqayıt, Xırdalan şəhərlərindəki məktəbli yeniyetmə və gənclərdən ibarət komandalar təşkil olunub: " Hər komandada 12 nəfər olmaqla 96 nəfər yarışmaçı və 300 nəfər azarkeş gənclər, eyni zamanda gənc hakimlər layihədə iştirak edəcəklər. Qalib komanda kubokla, digər komandalar həvəsləndirici mükafat və diplomlarla mükafatlandırılacaqlar. Yarış "1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Gunu" nə həsr olunub". D. Abbasova onu da qeyd edib ki, layihənin əsas məqsədi bədən tərbiyəsi və idmanla məşğul olan hər bir yeniyetmə və gəncdə fiziki hazırlıq və mənəvi kamillik keyfiyyətlərinin ahəngdar birləşdirilməsini təmin etməkdən ibarətdir: " Layihə çərçivəsində məktəblərdə idman və bədən tərbiyəsinin tədrisinin səviyyəsi və onun gənclər arasında təbliği təhlil olunaraq təkliflər paketi hazırlanaq.Layihə çərçivəsində keçiriləcək yarışda iştirak edən gənclərə sağlamlıqlarını qorumaq üçün idman və bədən tərbiyəsinin əsas şərt olduğu tövsiyyə olunacaq".