IV Beynəlxalq Fəlsəfə Konqresi keçiriləcək

Oktyabr ayında Türkiyədə IV Beynəlxalq Fəlsəfə Konqresi keçiriləcək. Bu barədə "OLAYLAR"-a məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Faiq Ələkbərov bildirib ki, oktyabrın 13-15-i tarixlərində baş tutacaq konqresdə Azərbaycan nümayəndə heyəti də iştirak edəcək. "Bursadakı Uludağ Universitetində keçiriləcək sayca dördüncü konqresin mövzusu "Yoxsulluq, bərabərlik və ədalət" olacaq. Konqresdə Azərbaycan nümayəndə heyətinin üzvü kimi məruzə edəcəm". Faiq Ələkbərov deyib ki, ilk Beynəlxalq Fəlsəfə Konqresi 2010-ci ildə keçirilib və ondan sonra konqreslərin keçirilməsi ənənə halını alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00