Azəbaycan Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Avropa üzrə Regional Komissiyasının iclasına qatılıb

2016-cı ilin 25-26 may tarixlərində Litva Respublikasının paytaxtı Vilnüs şəhərində Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Avropa üzrə Regional Komissiyasının iclası keçirilib. "OLAYLAR"-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə BMÜTT-nin əməkdaşları, Avropa ölkələrinin turizm nazirliklərinin və administrasiyalarının nümayəndələri, habelə "Aviareps", "Amadeus" və "Airbnb" şirkətlərinin təmsilçiləri iştirak edbilər. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyini bu tədbirdə Turizm şöbəsinin müdir müavini Rauf Paşayev təmsil edib. İclas zamanı BMÜTT-nin Fəaliyyət Proqramının İcrası və BMÜTT-nin müxtəlif komitələri tərəfindən görülmüş işlərlə bağlı hesabatlar,
habelə təşkilatın Baş Katibi cənab Taleb Rifainin məruzəsi dinlənilib. Bununla yanaşı, iclas zamanı "2017-ci il İnkişaf naminə Beynəlxalq Davamlı Turizm İli"nin qeyd olunması və turizmdə təhlükəsizlik aspektləri ilə əlaqədar geniş müzakirələr aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00