“Doğma Azərbaycanım” mövzusunda şeir müsabiqəsi keçirilib

Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "28 may- Respublika günü" münasibətilə orta məktəb şagirdləri arasında "Doğma Azərbaycanım" mövzusunda şeir müsabiqəsi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, müsabiqədə 16 məktəb (8 şəhər,8 kənd) üzrə 62 şagird iştirak edib. Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq tədbirlə bağlı məlumat verib. Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov,Təhsil şöbəsinin müdir müavini İsmayıl Adıgözəlov çıxış edərək qarşıdan gələn "28 may- Respublika günü" münasibətilə təbriklərini söyləyiblər, ikinci dəfə qazanılmış müstəqilliyimizin qorunub saxlanılmasında Ulu Öndər Heydər Əliyevin göstərdiyi əvəzsiz xidmətlərindən, onun Azərbaycan gəncliyinin hərtərəfli inkişafına göstərdiyi xüsusi diqqət və qayğısından,gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində görülən işlərdən danışıblar. Tədbirin açılışında və fasilələrdə Gənclər və İdman idarəsinin könüllüləri tərəfindən hazırlanmış musiqi nömrələri iştirakçılara təqdim olunub. Münsiflər heyətinin yekdil qərarına əsasən qaliblər aşağıdakı kimi müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00