Bakıda zibillikdə silah-sursat aşkarlanıb

Bakıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda iş prosesi zamanı tullantılar arasından müxtəlif növ silah-sursat hissələri tapılıb. "Təmiz Şəhər" ASC-dən APA-ya verilən məlumata görə, şirkət əməkdaşları tullantıların içindən 1 ədəd DTG-9 qumbaraatan mərmi, 1 ədəd tüstü yayıcı cihaz, 1 ədəd RQD-5 əl qumbarasının korpusu, 1 ədəd pnevmatik tapança və 769 ədəd müxtəlif çaplı patron tapıblar. Aşkarlanan silahlar polisə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00