Birinci Türkoloji Qurultayın türk xalqlarının tarixindəki rolu

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) AXC-nin yaradılmasının 98 illiyinə, Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunan "Birinci Türkoloji Qurultayın türk xalqlarının tarixindəki rolu" mövzusunda dəyirmi masa keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, ATMU-nun rektoru professor Cəfər Cəfərov açılış-nitqində "Azərbaycan XX əsrdə ikinci dəfə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra I Bakı Türkoloji Qurultaya dövlət səviyyəsində hüquqi qiymət verildiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2005-ci il noyabr ayının 5-də və 2016-cı il fevral ayının 18-də Birinci Türkoloji Qurultayın müvafiq olaraq 80 və 90 illik yubileylərinin keçirilməsi haqqında sərəncam imzalandığını, 2006-cı ildə Bakıda Beynəlxalq konfransın keçirildiyini bildirib.. "Birinci Türkoloji Qurultayın türk xalqlarının tarixindəki rolu"na həsr olunan tədbirdə çıxış edən Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) "Tədqiqat və inkişaf" şöbəsinin müdiri, tarix elmləri doktoru Şəlalə Məmmədova, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu "Xarici əlaqələr" şöbəsinin müdiri Əli Şamil, universitetin İctimai fənlər kafedrasının müəllimləri-tarix elmləri doktoru Minəxanım Əsədova, dos.Məhərrəm Zülfüqarlı, Dillər kafedrasının müdiri dos.Seyidəli Məmmədli və başqaları 1926-cı il fevralın 26-dan martın 6-na kimi davam edən qurultayın gündəliyindəki məruzələr, iştirakçıların tərkibi, o cümlədən türk dünyasının dili, tarixi. ədəbiyyatı və türk dillərinin 7 böyük problemi ilə bağlı düşüncələrini bölüşüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00