AzTU-nun professoru qızıl medalla təltif olundu
26 May 2016 11:44 SosialAzərbaycan Texniki Universitetinin (AzTU) "Maşın və mexanizmlər nəzəriyyəsi" kafedrasının müdiri, texnika üzrə elmlər doktoru, professor Rasim Əlizadə qızıl medala layiq görülüb. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, alim "Avropa Nəşr Mətbuat Evi" mükafat komissiyasının qərarı ilə milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyəti və cəmiyyətdəki fəal ziyalı mövqeyi əsas götürülərək təltif olunub. Mükafat komissiyası AzTU-nun professorunu "Ən yaxşi vətənpərvər tədqiqatçı alim"elan edib. AzTU-nun rektoru, professor Havar Məmmədov Universitetin Elmi şurasının iclasında Rasim Əlizadəni bu uğuruna görə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00