Bakı metrosunda problem yarandı

Bu gün səhər saatlarında metronun "Xalqlar dostluğu" stansiyasında turniketlər işləməyib. Publika.az bildirir ki, sərnişinlər keçid üçün kartlarını aparata yaxınlaşdırsalar da, balansdan pul çıxılmayıb. Nəticədə, stansiya növbətçiləri sərnişinləri pulsuz keçiriblər. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a açıqlamasında problemin yalnız "Xalqlar dostluğu" stansiyasında olduğunun dedi: "Stansiyanın birinci vestibülündə turniketlərdə nasazlıq olub. Təxminən 20-25 dəqiqə işləməyib. Daha sonra problem aradan qaldırılıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00