Beyləqanda içərisində qiymətli kağızlar olan bina yandı
26 May 2016 11:20 SosialBeyləqan rayonunda içərisində qiymətli kağızlar olan inzibati binada yanğın baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunub. Bildirilib ki, Beyləqan rayonu, Milabad kəndində (rayon mərkəzindən 18 km aralı) ümumi sahəsi 25 kv.m olan birmərtəbəli inzibati binanın yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Seyf və qiymətli kağızlar yanğından mühafizə olunub. Yanğın saat 05:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00