Dəmir yolu nəqliyyatı ilə 581 min sərnişin daşınıb

2016-cı ilin yanvar-aprel aylarında dəmir yolu nəqliyyatı ilə 4,6 milyon ton yük, 581,7 min sərnişin daşınıb. "Olaylar"ın məlumatına görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, 2015-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 25,5 faiz və 21,3 faiz azalma müşahidə olunub.Orta hesabla sutkada 414 vaqon yüklənib, 389 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,3 min ton, Qərb istiqaməti üzrə 4,4 min ton, Cənub istiqaməti üzrə isə 1,5 min ton yüklənmə işi yerinə yetirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00