Ağdaşda şirniyyat sexi yanıb

Ağdaş şəhərində vətəndaşa məxsus şirniyyat sexində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 400 kv.m olan şiriniyyat sexində dəzgahın elektrik naqilləri və taxta döşəmə 5 kv.m sahədə yanıb. Sex və içərisində olan 10 ədəd dəzgah yanğından mühafizə olunub. Yanğın saat 01:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00