Hökməli-Qobu-Güzdək avtomobil yolu təmir olunur
25 May 2016 12:25 Sosial"Azəravtoyol" ASC tərəfindən ölkə boyu aparılan kompleks tədbirlər çərçivəsində Hökməli-Qobu-Güzdək avtomobil yolunun təmiri işlərinə start verilib. Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a verilən məlumata görə, yolun 2 km-i Hökməli, 3 km-i Qobu və 6 km-i Güzdək qəsəbələrinin ərazisinə düşür. Hökməli istiqamətindən start verilən təmir-tikinti işləri zamanı yolun 1,5 km-lik hissəsi əsaslı şəkildə təmir olunur, 9,5 km-lik hissəsində isə orta təmir işləri aparılır. Əsaslı təmir işlərinin aparıldığı ərazidə müvəqqəti olaraq avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00