Siyasət
Dünyanı nizamda saxlayan "ÜÇBUCAQ": gizli şəbəkənin MƏXFİ PLANLARI BİZİ HARA APARIR?
Rusiya səfiri: "Azərbaycanın Lapşinin təhvil verilməsi ilə bağlı müraciəti qanunidir"
“Hansısa ölkədə qeyri-qanuni hərəkət edirsənsə, bu barədə bütün dünyaya car çəkmək lazım deyil”. Bunu Rusiyanın Belarusdakı səfiri Aleksandr Surikov bloqer Aleksandr Lapşinin Azərbaycana verilməsinə münasibət bildirərkən deyib.
Latviya XİN başçısı: “Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi bizi narahat edir”
“Regiondakı vəziyyətin mürəkkəbliyini başa düşürük. Vaxtaşırı mətbuatda vəziyyətin gərginləşməsinə dair xəbərlər bizi narahat edir”.
Hüquqi şəxslərin qeydiyyatı ilə bağlı bəzi fərmanlar qüvvədən düşdü
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Azərbaycan Respublikası prezidentinin hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı bəzi fərmanlarına dəyişikliklər edilməsi və bəzi fərmanlarının qüvvədən düşmüş hesab edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin 2004-cü il 2 dekabr tarixli 149 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman verib.
Ədliyyə Nazirliyi haqqında Əsasnamə dəyişdirildi
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikası prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Arzu Rəhimov: “Ordumuzda ruh və vətənpərvərlik hissləri olduqca yüksəkdir”
Fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov deyib ki, ordumuzda ruh və vətənpərvərlik hissləri olduqca yüksəkdir. Ötən ilin aprel hadisələri bütün bunlara sübutdur.
“Ziya Məmmədovu daha müzakirə etməyə ehtiyac yoxdur”
Azərbaycan prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Milli Məclisin deputatı Fəzail Ağamalı prezidentin sərəncamını şərh edib: “Burda nə deyə bilərəm ki! Sadəcə olaraq, cənab prezidentin sərəncamını müzakirə etmək istəmirəm. Çünki sərəncam müzakirə edilmir, ona əməl olunur”.
"Azadlıq" qəzetinin keçmiş əməkdaşından Qənimət Zahidi ifşa edən məqalə...
"Azadlıq" qəzetinin keçmiş əməkdaşı, hazırda "Avropa.info" saytına başçılıq edən Ruslan Bəşirli saytın bu günkü buraxılışında bu qəzetin baş redaktoru, hazırda Fransadan Azərbaycan hakimiyyətinə qarşı çıxışlar edən Qənimət Zahid barəsində vaxtilə şahidi olduğu hadisələri xatırladaraq geniş məqalə dərc edib. Həmin məqalədə müəllif Qənimət Zahidin 2003-cü ildə Əli Kərimli tərəfindən "Azadlıq" qəzetinə baş redaktor təyin olunduqdan sonra qəzetdə iş mühitini necə korladığı, əməkdaşların həftəlik qəpik-quruş muzdunu belə kəsdiyini, əvəzində Bakı pritonlarında fahişələrlə əyləndiyini xatırladır. Məqaləni təqdim edirik:
Gürcüstan, Azərbaycan və Türkiyə XİN başçılarının görüşü keçiriləcək
Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşü olacaq. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Mixail Canelidze ilə görüşdən sonra keçirilən brifinqdə bildirib ki, görüşün bu ilin ilk yarısı ərzində keçirilməsi nəzərdə tutulur.
ADP: “Olland Azərbaycanın suveren hüquqlarına hörmətsizlik nümayiş etdirib”
Azərbaycan Demokrat Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyadan “OLAYLAR”-a bildirilib ki, iclasda Fransa prezidenti Fransua Ollandın Dağlıq Qarabağla bağlı verdiyi açıqlamada Azərbaycanın bu bölgə üzərində olan suveren hüquqlarına hörmətsizlik nümayiş etdirməsi qətiyyətlə pislənilib.
Aleksandr Lapşinin həyat yoldaşı İsrailin baş nazirinə müraciət edib
Aleksandr Lapşinin həyat yoldaşı Yekaterina İsrailin baş naziri Beynamin Netanyahuya ərinin işində kömək göstərilməsi ilə bağlı müraciət edib.
Azay Quliyev Milli Məclisdə Gürcüstanın Ədliyyə naziri və Fransanın Dövlət Naziri ilə görüşüb
Fevralın 10-da Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev və deputat Vüsal Hüseynov ölkəmizdə səfərdə olan Fransanın Dövlət katibi Jan-VensenPlasen və Gürcüstanın ədliyyə naziri xanım TeaTsulukiani ilə görüşdülər.
Gürcüstan XİN: "Azərbaycan və Gürcüstan arasında yüksək siyasi dialoq mövcuddur"
Azərbaycan və Gürcüstan arasında yüksək səviyyədə siyasi dialoq mövcuddur. Bunu Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze bu gün azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə brifinq zamanı deyib.
Ollandın erməni sevgisi
Vəzifəsi ilə vidalaşmaq ərəfəsində olan Fransa prezidenti Fransua Olland Yenisey sarayında keçirəcəyi təhvil-təslim günlərində belə erməni sevgisini gizlədə bilməyib. Hakimiyyəti dövründə Fransaya yalnız problemlər gətirən Olland ölkəsinin üzləşdiyi çətinlikləri yoluna qoya bilmədiyi halda, prezidentlik postundan getmək ərəfəsində heç bir təsiri ola bilməyəcək məsələlərin həllinə girişib. Daha dəqiq desək pərçim etməyə çalışıb. Hər halda Ollandın işğalçı ölkənin prezidenti Serj Sərkisyanı mart ayında Fransaya dəvət etməsi belə deməyə əsas verir. Xəbərlərdən də aydın olduğu kimi martın 8-də Ermənistan prezidenti Fransanın hazırkı dövlət katibi Ollandın dəvəti ilə Parisdə səfərdə olacaq. Səfərin məqsədi barədə yerli mətbuata verdiyi açıqlamada Olland bildirib ki, guya son vaxtlar Azərbaycan-Ermənistan cəbhə xəttində artan atəşkəs və əsgər ölümlərindən bərk narahatdır. Ona görə erməni həmkarı Sərkisyanla görüşməyi məsləhət bilib.














