Siyasət

Politoloq: "Emin Milli kimilər maliyyə qarşılığında dövlət maraqlarını satmaqla məşğuldurlar"

13 Fevral 2017 15:48

"Dağıdıcı müxalifət partiyalarının üzvləri saxta profillərlə dövlət əleyhinə təhqirlər yağdırmaqla, cəmiyyətimizdə çaşqınlıq yaratmağa çalışırlar. Bu da xarici düşmən qüvvələrin və xüsusən erməni lobbisinin məkrli planlarının və iyrənc düşmənçilik siyasətinin icrasıdır. Onlar bu addımlarla düşmən qüvvələrin dəyirmanına su tökürlər. Təbii ki‚ bütün bunlar hamısı xarici düşmən  qüvvələrin Azərbaycana qarşı mənfur planlarının və məkrli siyasətlərinin tərkib hissəsidir". 

Siyavuş Novruzov: "Sarkisyan rejimi ölkədaxili qarşıdurmadan yayınmaq üçün cəbhədə vəziyyəti gərginləşdirir"

13 Fevral 2017 15:38

Ermənistan hərbçiləri tərəfindən cəbhədə təxribatların artması Serj Sarkisyan rejiminin ölkə daxilində sabitlik yaratmaq cəhdidir. Bu fikri  Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Politoloq: "Ollandın fikirləri Azərbaycana qarşı diplomatik mədəniyyətsizlikdir" 

13 Fevral 2017 15:36

“Fransa ATƏT-in Minsk qrupunun 24 illik fəaliyyəti müddətində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində normal addım atmayıb. Bunun da səbəblərindən biri Fransanın ermənilərin ən çox yaşadığı ölkə, eləcə də erməni lobbisinin olmasıdır”. Bunu  politoloq Cümşüd Nuriyev deyib.

Ollanddan ədalətli mövqe gözləməyə dəyməz

13 Fevral 2017 15:23

 Ermənistan prezidenti Serj Sərkisyan fransalı həmkarı Fransua Ollandın dəvəti ilə martın 8-də Parisə səfər edəcək. Səfər çərçivəsində tərəflər arasında ikitərəfli əlaqələr, o cümlədən Dağlıq Qarabağ məsələsinin müzakirəsi gözlənir. Bu barədə  Olland ölkəsindəki erməni təşkilatlarının koordinasiyası üzrə Şuranın toplantısında çıxışı zamanı bildirib.

Albaniya Prezidenti Bakıya gəlir

13 Fevral 2017 15:07

Albaniya Prezidenti Buyar Nişani və xanımı Odeta Nişani martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda iştirak edəcək. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dölət Komitəsinin mətbuat xidmətindən daxil olub.

İrəvanın təxribatçı planının tərkib hissəsi

13 Fevral 2017 14:46

Zaman-zaman ölkədə ictimai-siyasi sabitliyi pozmağa çalışan antiAzərbaycan qüvvələr bir qayda olaraq dini və etnik münasibətlər zəminində respublikada gərginlik yaratmağa çalışırlar. Keçən il dini ölkədə zəmində qarşıdurma yaratmaq istəyinə düşən məlum şəbəkə bu planın gerçəkləşdirilməsinə nail ola bilmədikləri üçün bu dəfə etnik problemləri qaldırmağa, guya Azərbaycanda yaşayan etniklərin təzyiqlərə məruz qaldığı görüntüsü yaratmağa cəhd göstərirlər. Bu günlərdə yaşanan xoşagəlməz olay bunun əyani sübutudur. Xəbərlərdən də aydın olduğu kimi bu günlərdə Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü Şahin Mirzəyev Ermənistana keçərək işğalçı ölkədən sığınacaq alıb.

İlham Əliyev yeni nazirliyə rəhbər TƏYİN ETDİ

13 Fevral 2017 14:33

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev R.N.Quluzadənin Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqqında sərəncam imzaladı.

Azərbaycanda YENİ NAZİRLİK yaradılır

13 Fevral 2017 14:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.

"The Greanville Post": "Aİ ilə saziş Bakıya Dağlıq Qarabağ münaqişəsində yardım edə bilər"

13 Fevral 2017 13:30

Azərbaycan Çinlə Avropa İttifaqını (Aİ) bir-birinə bağlayacaq yeni "İpək yolu"nun əsas hissəsi, eləcə də energetika məsələlərində Qərb üçün perspektivli tərəfdaşdır.

Prezident İlham Əliyev Ştaynmayeri təbrik etdi

13 Fevral 2017 13:20

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının yeni seçilmiş prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib.

İlham Əliyev Almaniyanın yeni seçilmiş Prezidentini təbrik edib

13 Fevral 2017 12:53

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının yeni seçilmiş Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb.

Siyasətdə iflasa uğrayan Olland ermənilərdən maddi dəstək umur

13 Fevral 2017 12:44

Fransa prezidenti Fransua Ollandın erməni diasporu ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllində xalqların öz müqəddəratını təyinetmə prinsipinin əsas götürülməsi barədə fikir səsləndirməsi iflasa uğramış bir siyasətçinin ermənilərdən maddi maraq ummasından başqa bir şey deyil.

"Azərbaycan Qarabağa qanunsuz səfər edənlərə qarşı sərt mövqeyini davam etdirəcək"

13 Fevral 2017 12:09

Azərbaycan dövləti işğal edilmiş ərazilərimizə qanunsuz səfər edən şəxslərə qarşı sərt mövqeyini bundan sonra da davam etdirəcək. Bunu  Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Politoloq: "Donald Trampın bir nömrəli hədəfi KXDR-dir"

13 Fevral 2017 12:08

“Koreya Xalq Demokratik Respublikası (KXDR) uzun müddətdir ki, həm atom silahına malikdir, həm də uzaq mənzilli ballistik raketlərin inşası və sınağı  ilə məşğuldur. Artıq son bir ayda iki dəfə sınaq keçirilib və uğursuz olub. KXDR-nın rəhbərliyi açıq şəkildə bəyan edir ki, onların məqsədi ABŞ-ın istənilən nöqtəsinə çata biləcək ballistik raketlərin düzəldilməsidir. Bu raketlər nüvə döyüş başlığı ilə silahlandırılanda ABŞ üçün qorxulu ola bilər. Ona görə, ABŞ-ın yeni prezidenti Donald Trampın bir nömrəli hədəfi KXDR-dir”. Bunu politoloq Qabil Hüseynli deyib.