Siyasət

Arzu Rəhimov Astarada vətəndaşları qəbul edib

17 Fevral 2017 14:49

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Astara rayonunda Lənkəran şəhərinin, Astara, Lerik və Yardımlı rayonlarının sakinlərinin qəbulunu həyata keçirib. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, qəbulda 38 vətəndaş iştirak edib.

Ziyafət Əsgərov: "Qanunsuz “referendum”un heç bir hüquqi əsası yoxdur"

17 Fevral 2017 14:44

“İşğal edilmiş Azərbaycan ərazilərində ermənilərin keçirəcəyi qanunsuz “referendum”un heç bir hüquqi əsası yoxdur”. Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.

Bahar Muradova: “Azərbaycan  bir neçə ildir Cənubi Qafqazın İsveçrəsi rolunu oynayır

17 Fevral 2017 13:47

Dünyada gedən proseslərlə bağlı vacib bir görüşün keçirilməsi üçün məkan olaraq Bakının seçilməsi Azərbaycanın önəmindən xəbər verir. Bunu ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danfordun Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov ilə Bakıda keçirilən görüşünü mətbuata şərh edən Milli Məclis (MM) sədrinin müavini Bahar Muradovabildirib.B. Muradova deyib ki, əgər bu gün Amerika Birləşmiş Ştatları ilə Rusiya Federasiyası arasında münasibətlərin aspektləri baxımından vəziyyətə nəzər salsaq, bu görüşün nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyini vurğulamaq lazımdır: “Bu münasibətlərin perspektivləri, iki ölkə arasındakı əməkdaşlığın gələcək istiqamətləri, o cümlədən dünyadakı mövcud vəziyyəti nəzərə alsaq, bu görüşün Bakıda keçirilməsi başqa xüsusi əhəmiyyət kəsb edir. Belə ki, hər iki tərəf üçün, eyni zamanda, dünyada gedən proseslər baxımından əhəmiyyətli bir görüşün Bakıda keçirilməsi Azərbaycanın önəmindən xəbər verir.

Vüqar Rəhimzadə: "Ciddi və qeyri-ciddi media orqanları müəyyənləşməlidir"

17 Fevral 2017 13:46

"Bu görüş Milli Məclis-media münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Milli Məclis kənardan qeyri-adi görsənir. Amma, daxildə adi bir fəaliyyət var". Bunu " İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə  Milli Məclisdə KİV rəhbərləri ilə keçirilən görüşdə çıxış edərkən deyib.  

Vüqar Səfərli: "Elektron medianın maliyyələşməsi yaxın günlərdə həllini tapacaq"

17 Fevral 2017 13:44

“Əvvəllər məmur jurnalistlərdən yazır, jurnalistlər də məmurların qəbuluna düşə bilmirdilər. Lakin hazırda bu mif aradan qalxıb”. Bunu  KİVDF-nin icraçı direktoru Vüqar Səfərli  Milli Məclisdə KİV rəhbərləri ilə keçirilən görüşdə çıxışı zamanı deyib.

Mərkəz sədri: “Vigen Sarkisyan bir az da qabağa getmək istəyir”

17 Fevral 2017 13:38

“Ermənistan ordusunun təyinatı hərbi obyektdən iqtisadi subyektə doğru dəyişir. Ordusu Ermənistan dövləti üçün həmişə problem və gərginlik mənbəyi olub. Yalnız Robert Koçaryan hakimiyyətdə olduğu dövrdə ölkədə nisbi iqtisadi inkişaf əldə olundu və bu inkişaf öz nəticəsini S.Sərkisyanın prezidentliyinin birinci dövrünədək yaşada bildi”. Bunu  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Ermənistan tək Azərbaycan deyil, dünya birliyi qarşısında məsuliyyət daşıyır

17 Fevral 2017 13:31

Bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) resurslarından biri olan "1905.az" portalının birgə təşkilatçılığı ilə "Diskussiya klubu"nda "Qaradağlıdan Xocalıya" mövzusu müzakirə edilib.

ABŞ səfiri ölkəsinin və Rusiyanın ali hərbi rəsmilərinin görüşü haqda

17 Fevral 2017 13:29

"Ötən gün Bakıda keçirilmiş ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşdə tərəflər arasındakı başlıca məsələlər müzakirə olunub".

Azərbaycanda itkin düşmüş, əsir və girovluqdan azad edilmiş şəxslərin sayı açıqlandı

17 Fevral 2017 13:24

"Ən son məlumata görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 3868 itkin düşmüş, 1437 nəfər isə əsir və girovluqdan azad olmuş şəxs kimi qeydiyyata alınıb".

Mübariz Əhmədoğlu: "Rusiyanın gücü dağıdıcı deyil, qurucu olmalıdır"

17 Fevral 2017 13:09

Rusiya-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir. Bunu iki ölkə prezidentləri, yüksək çinli rəsmilər dəfələrlə təsdiqləyiblər. Son belə açıqlama Rusiya Federasiyasının XİN rəsmisi M.Zaxarovanın dilindən səsləndi. O, iki ölkə arasındakı münasibətləri mükəmməl adlandırdı". Bunu  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Arzu Nağıyev: "Hərbi jurnalistika sahəsində yeni qanuna ehtiyac var" 

17 Fevral 2017 13:07

“Azərbaycanda hərbi jurnalistika sahəsində müvafiq qanun layihəsinin hazırlanmasına ehtiyac var”. Bu təkliflə "Trend" İnformasiya Agentliyi baş direktorunun müavini Aruz Nağıyev Milli Məclisdə KİV nümayəndələri ilə keçirilən görüşdə çıxış edib.

Bəhruz Quliyev: "Deputatlar əsas verməsə, jurnalistlər onları tənqid etməz"

17 Fevral 2017 13:06

“Mətbuatla parlament arasında münasibətlərin sağlam məcrada inkişafı həm dövlət, həm də ictimaiyyət üçün böyük divident gətirə bilər”. Bunu “Səs” qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev Milli Məclisdə KİV nümayəndələri ilə görüş zamanı çıxış edərkən deyib.

“Bakı beynəlxalq tədbirlərin keçirildiyi 5-6 şəhərdən birinə çevrilib”

17 Fevral 2017 13:04

“ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi  Valeriy Gerasimovun görüş yeri kimi paytaxtımızı seçmələri Bakının yeritdiyi siyasətlə daha çox bağlıdır”.

Politoloq: “Nazirlərin Bakıda görüşməsi ABŞ-ın Azərbaycana olan etibarını göstərir”

17 Fevral 2017 13:03

"Son dövrlərdə Bakı bir sıra siyasi, iqtisadi, mədəni, idman tədbirlərinin mərkəzinə çevrilib. Bir müddət sonra Bakıda ənənəvi 5-ci qlobal Forum keçiriləcək. Bu forum olduqca mühüm bir forumdur. Dünən Cozef Danford və Valeriy Gerasimov arasında keçirilən görüş beynəlxalq təhlükəsizliklə bağlı idi. Bu görüşlə Azərbaycan iqtisadi, mədəni, idman tədbirlərindən sonra, daha bir, çox vacib mövzunun – beynəlxalq təhlükəzislik mövzusunun məzkəzinə çevrildi”. Bunu politoloq Zaur Məmmədov deyib.