Siyasət
Prezident İlham Əliyev Münxendə əfqanıstanlı həmkarı ilə görüşdü
"Generalların Bakı görüşü Azərbaycanın bölgədə geosiyasi körpü olduğunu göstərir"
ABŞ və Rusiya Baş Qərargah rəislərinin görüşünün Bakıda keçirilməsi təbiidir, çünki Azərbaycan Rusiya, İran və Türkiyə arasında əlaqələndirici geosiyasi körpüdür. Bu sözləri amerikalı siyasi analitik, "Gulf State Analytics"-in baş müşaviri Teodor Karasik deyib.
Ukrayna səfirliyi: Azərbaycanda referendum yalnız milli qanunvericilik çərçivəsində keçirilə bilər
“Azərbaycanda keçiriləcək istənilən referendum yalnız milli qanunvericilik çərçivəsində baş tutmalıdır”. Bu barədə Ukraynanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib.
İran səfirliyi: Dağlıq Qarabağda "referendum" keçirilməsini doğru saymırıq
"İranın Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi olduqca aydın və şəffafdır".
"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayacaq"
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayacaq. Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Qiymətlərin sabitləşməsinə doğru? OPEC-in qayıdışı və neft geosiyasəti” mövzusunda “dəyirmi masa”da çıxışı zamanı deyib.
Musiqi Kollecinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edildi
Gəncə şəhərində yerləşən Gəncə Musiqi Kollecində tələbələrdən müsbət qiymətlərin alınması üçün pul yığılması barədə 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılmışdır.
Siyavuş Novruzov: "Azərbaycan dünyanın güc mərkəzlərinin böyük rəğbətini qazanıb"
Azərbaycan dünyanın güc mərkəzlərinin böyük rəğbətini qazanıb. Bunu ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danfordun və Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun görüşünün Bakıda keçirilməsi bir daha sübut etdi. Bu fikirləri generalların görüşünü şərh edən Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.
İoannis Papaqriqoriou Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
Yunanıstan Azərbaycan Gənclər Mərkəzinin sədri (YAGM) İoannis Papaqriqoriou Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması haqqında bəyanat verib.
Bu gün Əfv Komissiyasında 100 müraciətə baxılıb
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Komissiyanın üzvü Mehdi Mehdiyev deyib ki, iclasda 100 müraciətə baxılıb. Onun sözlərinə görə, dünən və bu gün keçirilən iclaslarda ümumilikdə 250 müraciətə baxılıb və onların böyük əksəriyyətinə müsbət rəy verilib. Qeyd edək ki, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Həmin vaxta qədər daha bir neçə iclasın keçiriləcəyi gözlənilir. İclaslarda 800-dən çox müraciətə baxılması nəzərdə tutulur.
ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycana səfər edəcək
ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan Azərbaycana səfər edəcək. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilir ki, o, fevralın 23-də Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 3-cü iclasında iştirak edəcək.
MM Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edəcək
“Hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının Milli Məclisi dünya ölkələrinin parlamentlərinə Xocalı soyqırımı ilə bağlı müraciət edəcək”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Z. Əsgərov bildirib ki, artıq neçə illərdir ki, Xocalı soyqırımı ilə bağlı dünya ölkələrinin parlamentlərinə müraciətlər edilir. “Bildiyiniz kimi, Milli Məclis Xocalı soyqırımın 10, 15, 20 illiyi ilə bağlı qərarlar qəbul edib. Eyni zamanda, Milli Məclis hər il Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edir. Bu il də bəyanat qəbul olunacaq. Biz dünya dövlətlərinə müraciət edəcəyik”.
Bakının supergüclər arasında vasitəçi rolu
Bu gülərdə Vaşinqton və Moskvanın əsas diqqəti Bakıya yönəlib ki, bu da təsadüfi deyil. Belə ki, fevralın 16-da Bakıda ABŞ Birləşmiş Qərargahlar Rəisləri Komitəsinin sədri general Josef Dunford və Rusiya müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun Azərbaycanın paytaxtında görüşü keçirildi. Belə bir görüşün Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir ki, bu da əsas etibarilə ölkəmizin regional və beynəlxalq imici, nüfuzu ilə bağlıdır. Xüsusilə, rəsmi Bakının həyata keçirdiyi uğurlu xarici siyasət kursunu bu mənada vurğu ilə qeyd etmək lazımdır. Bakı görüşünün xüsusi əhəmiyyət kəsb etdiyi bu sahədə araşdırma, təhlillər aparan təşkilatlar tərəfindən də qeyd edilir. Və bu mənada Bakının mövqeyi yüksək qiymətləndirilir.
Bakı diplomatik paytaxta çevrilib
Hazırda bütün dünya ölkələrinin liderlərinin, strateji araşdırma mərkəzlərinin, eləcə də dünyanın aparıcı mətbuat orqanlarını gözü Azərbaycana diklilb. Səbəb Amerika Birləşmiş Ştatlarının Baş Qərargahlar rəisi general Cozef Danfordun və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Bakıda keçirilən görüşüdür. Bu isə o deməkdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət artıq bəhrəsini verməkdədir. Yəni, artıq dünyanın super gücləri müstəqil Azərbaycanın yürütdüyü balanslaşdırılmış xarici siyasətlə razılaşmaq görüntüsü nümayiş etdirilər. Nəticədə Azərbaycan qlobal münaqişələrin, beynəlxalq sülh və təhlükəsizliyin müzakirə edildiyi məkana çevrilib.
Vitse-spiker: "Penitensiarla bağlı sərəncam inqilabi sərəncamdır"
“Azərbaycan prezidenti İlham Əliyevin penitensiar sistemlə bağlı sərəncamını sözün həqiqi mənasında inqilabi hesab edirəm”. Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.
Azərbaycan səfiri İtaliya ictimaiyyətinə Xocalı ilə bağlı həqiqətləri çatdırıb
Bir azərbaycanlı kimi baş verənləri bu gün xatırlamaq bir sıra səbəblərdən çox ağrılıdır. Öncə ona görə ki, qətlə yetirilənlər dinc sakinlər olublar və onların yeganə günahı azərbaycanlı olmaları idi. Bu, mənim xalqıma qarşı etnik təmizləmə idi.














