Siyasət

Prezident: “Sahibkarlar fəal olmalı, özləri yeni bazarlara çıxmalıdırlar”

28 Mart 2017 14:41

“Biz bir neçə ölkədə artıq ticarət evləri yaradırıq. “Made in Azerbaijan” brendi artıq dünyaya yayılıbdır. İndi bütün siyasi təmaslarda, həmkarlarımla görüşlər əsnasında ən vacib məsələ məhz Azərbaycan məhsullarının ixracı məsələsidir. Bu məsələni mən qaldırıram və siyasi dəstək olan yerdə, əlbəttə ki, bizim sahibkarlarımız üçün də yeni imkanlar yaranır”.

Ermənistan Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə etsə...

28 Mart 2017 14:23

Son həftələr ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri intensiv xarakter alıb. Düzdür, bu səfərlərin əvvəlki səfərlər kimi problemin həllinə heç bir müsbət təsiri olmasa da, hər halda intensivlik müşahidə edilir. Məlumat üçün qeyd edək ki, ATƏT-in Minsk Qrupu həmsədrləri martın 27-də İrəvanda rəsmi görüşlər keçiriblər. Onlar əvvəlcə xarici işlər naziri Edvard Nalbandyan, daha sonra isə prezident Serj Sərkisyanla görüşüblər. Həmsədrlər Ermənistan prezidentini və xarici işlər nazirini Bakıdakı görüşlərinin nəticələri barədə məlumatlandırıblar.

Politoloq: “Sarkisyanın “Qarabağ klanı”na qarşı aksiyalar keçiriləcək” 

28 Mart 2017 14:08

“Aprel ayının 2-də Ermənistanda keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə sayılı günlər qalıb. Bu seçkilər 2015-ci dekabr referendumundan edilən dəyişikliklərdən sonra ilk seçkilərdir.Bu referendumda Ermənistanda idarətemənin bütünlüklə parlament üsuluna keçirilməsi haqqında qanun qəbul edilmişdi. Hazırki parlamentdə Serj Sarkisyanın rəhbərlik etdiyi respublikaçılar partiyası 69 yerlə parlamentin əsas söz sahibidirlər. İkinci yerdə isə 33 deputatla  hakmiyyətə yaxın olan Qaqik Tsaruykaynın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyasıdır”.

Münaqişəni ATƏT yoxsa BMT həll edə bilər?

28 Mart 2017 14:07

“ATƏT-in Minsk qrupunun vəzifəsi birbaşa ora daxil olan ölkələrin təhlükəsizliyi məsələləri ilə məşğul olmaqdır. Bu baxımdan bu mandatın hanıs təşkilata verilməsinin elə də böyük əhəmiyyəti yoxdur. Əsas məsələ Dağlıq Qarabağ probleminin həll edilməsidir”. Bunu deputat Aydın Mirzəzadə  münaqişənin  BMT çərçivəsində həllinə üstünlük verilməsi ilə bağlı təklifə münasibət bildirərkən deyib.

Politoloq: “Ermənistandakı seçkilərdən sonra hər hansı qərar verilə bilər” 

28 Mart 2017 14:05

“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin istər Azərbaycanda, istərsə də Ermənistanda bəyanatlarını ABŞ nümayəndələri səsləndirir. Bu proses Ceyms Uorlikin vaxtında da belə olub, hazırda Riçard Hoqland da bu ənənəni davam etdirir. Rusiya nümayəndələri separatçılarla görüşlərdə bəyanat verir, fransızlar isə susur. Təbii ki, bunların hamısı heç də məqsədsiz deyil”. Bunu politoloq Arzu Nağıyev deyib.

Prezident İlham Əliyev: "Biz bu gün nümunə göstəririk ki, ölkəni necə idarə etmək lazımdır"

28 Mart 2017 13:37

"Azərbaycanda sabitlik təmin olunur. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan həm bölgədə, həm dünyada öz siyasəti ilə seçilir". Bunu prezident İlham Əliyev bu gün Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.

Elmar Məmmədyarov ABŞ-ın dövlət katibinə məktub ünvanladı

28 Mart 2017 13:36

Xarici işlər naziri Elmar Məmmədyarov və ABŞ-ın dövlət katibi Reks U. Tillerson arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı təbrik məktubu mübadiləsi həyata keçirilib. Bu barədə “Olaylar”a  Xarici İşlər Nazirliyindən məlumat verilib. Elmar Məmmədyarov ABŞ-ın dövlət katibinə ünvanladığı məktubunda ötən 25 il ərzində ölkələrimiz arasında əlaqələrin xüsusilə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığımızın inkişafı ilə xarakterizə olunan strateji tərəfdaşlığa çevrildiyini vurğulayıb.

Azərbaycan prezidenti: "Pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləmişik və xərcləyəcəyik"

28 Mart 2017 13:32

"Biz keçən ildən başlayaraq pambıqçılığa çox böyük dövlət dəstəyi göstəririk. Bugünkü müşavirə ikinci müşavirədir və bu müşavirələrin keçirilməsi özündə bu dəstəyin təzahürüdür".

"Ermənistanda işğalçı rejim hakimiyyətdən getməsə, Dağlıq Qarabağ..."

28 Mart 2017 12:27

“Hazırda Ermənistanda olan işğalçı rejim öz hakimiyyətini qoruyub saxlamaqdan ötrü bütün imkanlarından istifadə edir. Cinayətkar qrup terrora, hədə-qorxuya əl atmaqla yanaşı, onlara göstərilən bütün dəstəklərdən yararlanırlar”. Bunu deputat Rövşən Rzayev deyib.

“Sarkisyan özü terrorla hakimiyyətə gəlib”

28 Mart 2017 12:25

“Ümumiyyətlə bu gün Ermənistan hətta köhnə illərə münasibətdə belə ən çətin dövrlərini yaşayır. Bu həm siyasi, iqtisadi, həm də Qarabağla bağlı Azərbaycanın dirənişi, dünya hegemonlarının artıq Ermənistanı sıxması ilə bağlıdır. Məsələ burasındadır ki, son vaxtlar Sarkisyanın bütün cəhdlərinə, xarici səfərlərə, hətta o Dağlıq Qarabağda verdiyi cılız bəyanatlara baxmayaraq öz reputasiyasını azacıq da olsa bərpa edə bilməyib”. Bunu millət vəkili Elşən Musayev deyib.

Politoloq: “Ermənistan aranı qarışdırmağa çalışır”

28 Mart 2017 12:22

“Ermənistan son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar prosesində aranı qarışdırmağa çalışır. Onlar öncə danışıqlar prosesindən çəkildiklərini bəyan etdilər, daha sonra Moskva və Fransaya səfər edərək cəfəng fikirlər səsləndirdilər”. Bunu  politoloq Qabil Hüseynli deyib.

Prezident Saatlıda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

28 Mart 2017 11:49

Saatlıda Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş 100 yerlik körpələr evi - uşaq bağçasının açılışı olub. Açılışda Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.

Cəbhədən ilginc xəbər

28 Mart 2017 11:01

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə, Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım və Kəmərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.