Siyasət

Amerikalı həmsədr: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 3 hissədən ibarət plan var"

27 Mart 2017 18:45

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar masasında bir sıra ağlabatan planlar var". Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib. “Ola bilsin ki, bu planlar yekun deyil, amma onlar hazırda dövriyyədədir. Bu isə o deməkdir ki, onlar ətrafında danışıqlar davam etməlidir”, - deyə həmsədr söyləyib.

Xarici Kəşfiyyat Xidmətinin rəis müavininə general-mayor rütbəsi verildi

27 Mart 2017 18:36

Azərbaycan Prezidenti İlham Əliyev Ceyhun Şadlinskiyə general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan ATƏT üzvlərinə və ATƏT Daimi Şurasının sədrinə məktub göndərib

27 Mart 2017 18:29

Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyi Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi hərbi təlimi, Ermənistan prezidentinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və orada səsləndirdiyi bəyanatları ilə əlaqədar ATƏT üzv dövlətlərinə, ATƏT-in Daimi Şurasının sədrinə, ATƏT-in katibliyinə və müvafiq təsisatlarına məktub ünvanlayıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına ali hərbi rütbələr verilib - SİYAHI

27 Mart 2017 18:20

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı əməkdaşlarına general-mayor ali hərbi rütbəsi verilsin:

Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşına orden və medallar verilib - SİYAHI

27 Mart 2017 18:19

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Ermənistan üç gündə 3 hərbi qulluqçusunu itirib"

27 Mart 2017 17:26

"Cəbhə xəttində sistematik olaraq, atəşkəs rejiminin pozulması nəticəsində düşmən tərəfinin verdiyi itkilərin sayı artsa da, ermənilər bu xəbərləri cidd-cəhdlə gizlətməkdə davam edirlər".

Türkiyə ilə Azərbaycan arasında siyasi məsləhətləşmələr keçiriləcək

27 Mart 2017 16:49

Bu gün Türkiyə ilə Azərbaycan arasında siyasi məsləhətləşmələr keçiriləcək. Məsləhətləşmələr Türkiyə xarici işlər nazirinin müşaviri Ümit Yalçın və Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən aparılacaq. 

Bəyanat: "GUAM məkanında münaqişələr ərazi bütövlüyü əsasında həll olunmalıdır"

27 Mart 2017 16:31

GUAM məkanında münaqişələr dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll olunmalıdır. Bu barədə təşkilata üzv olan ölkələrin hökumət başçılarının Kiyevdə keçirilən yekun bəyanatında deyilir.

XİN: Ermənistanın Şuşa məscidi ətrafında qazıntı aparması vandalizm siyasətinin tərkib hissəsidir

27 Mart 2017 14:59

“Şuşa məscidi ətrafında Ermənistan tərəfindən qazıntı işlərinin aparılması Ermənistanın qəsdən işğal olunmuş Azərbaycan ərazilərində maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi sistematik vandalizm siyasətinin tərkib hissəsidir”.

Sərkisyanın Azərbaycana növbəti təhdidi

27 Mart 2017 14:43

Ermənistan prezidenti daxili auditoriyanın diqqətini Qarabağa yönəltmək və cəmiyyətin seçkiqabağı narazılığının qarşısını almaq məqsədilə ənənəvi oyunlarından birinə start verib. Belə ki, Serj Sərkisyan bu günlərdə bir daha beynəlxalq hüquq və normaları, o cümlədən Azərbaycanın qanunları kobud şəkildə pozaraq işğal altında saxladıqları Dağlıq Qarabağa səfər edib. Ermənistan prezidenti qanunsuz addım atmaqla bərabər, Azərbaycanı təhdid etməkdən də çəkinməyib. Belə ki, işğalçı ölkənin rəhbərliyi zərurət yaranacağı təqdirdə Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə edəcəklərini mümkün sayıb. Bəs görəsən, işğalçı ölkə prezidentinin növbəti təhdid nəyə hesablanıb və Sərkisyan bununla Azərbaycana hansı mesajı verir?

İlyas Umaxanov Azərbaycanın "Dostluq" ordeni ilə təltif edilib

27 Mart 2017 14:24

Azərbaycan Prezidenti İlham Əliyev İlyas Umaxanovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.