Siyasət

Brüssel görüşündən sonra Sarkisyan ŞOK ETİRAFLAR ETDİ: “Azərbaycan bizi...”

12 İyul 2017 15:34

“Azərbaycan hərbi diplomatiya ilə bizi sıxır və bu təzyiq illər boyunca davam edir”. Bu barədə erməni politoloq Manvel Sarkisyan nazirlərin Brüssel görüşünü şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan Qarabağda status-kvonu dəyişdirmək üçün hərbi diplomatiyadan istifadə edir və bunu gizlətmir: “Bakının məqsədi münaqişənin dondurulmuş vəziyyətdə qalmamasıdır, çünki bu, status-kvonun möhkəmlənməsi deməkdir”.

"Ermənistan regionda siyasi oyunların alətinə çevrilir"

12 İyul 2017 15:17

"Ermənistan birdəfəlik dərk etməlidir ki, cari status-kvoya güvəndikcə öz müstəqilliyini, gələcəyini təhlükə altında qoyur və regionda siyasi oyunların yenə də alətinə çevrilir. Onlar öz murdar niyyətlərindən nə qədər tez əl çəksələr, işğal olunmuş əzəli Azərbaycan torpaqlarını boşaltsalar, erməni xalqı üçün bir o qədər önəmli olacaqdır". Bunu Milli Məclis Sədrinin müavini Bahar Muradova Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi-vətənpərvərlik mövzusunda tədbirdə bildirib.

Prezident İlham Əliyev: “İşğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilərik”

12 İyul 2017 15:13

“Həmişə olduğu kimi, biz bu il də hərbi potensialımızın gücləndirilməsinə böyük diqqət göstərmişik. Yeni silahlar, ən müasir texnika alınır. Özü də biz texnikanı, silahları, ən müasir avadanlığı müxtəlif ölkələrdən alırıq və onların bir hissəsi artıq gəlir, bir hissəsi isə gələcəkdir. Bu, bizim hərbi potensialımızı daha da artıracaq. Bu günün özündə biz işğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilərik”. Bunu Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

Azərbaycan prezidenti: “Tezliklə mənalı, konkret danışıqlar bərpa edilməlidir”

12 İyul 2017 15:12

“Tezliklə substantiv, yəni, mənalı, konkret danışıqlar bərpa edilməlidir”. Bunu Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib. Dövlət başçısı qeyd edib ki, heç bir şərt Azərbaycan tərəfindən qəbul edilməyib, danışıqlar prosesi qeyd-şərtsiz bərpa edilib.

Prezident: "Bu il Azərbaycan iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub"

12 İyul 2017 15:11

"Əlbəttə ki, bütün uğurlara nail olmaq üçün bizim güclü iqtisadi potensialımız olmalıdır. Altı ayın göstəriciləri məni çox qane edir. Qeyri-neft iqtisadiyyatımız altı ayda 1,7 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Mən xüsusilə qeyri-neft iqtisadiyyatını qeyd edirəm. Çünki ümumi iqtisadi göstərici, yəni, ümumi daxili məhsulun göstəriciləri daha çox neftin hasilatına və neftin qiymətinə bağlıdır. Bu da dəyişir. Ona görə, bu, bizim gördüyümüz işlərə qiymət vermək üçün əsas amil kimi qəbul edilə bilməz".

Azərbaycanın valyuta ehtiyatları 41 mlrd. dollara yaxınlaşır

12 İyul 2017 15:09

"Bizim valyuta ehtiyatlarımız artıb və bu günə 40,6 milyard dollar təşkil edir". Bunu Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

Prezident: “Azərbaycan tərəfindən heç bir şərt qəbul olunmadan danışıqlar bərpa edilib”

12 İyul 2017 15:07

“Ötən ilin aprelində baş verən hadisələrdən sonra Ermənistanın danışıqların bərpası ilə bağlı irəli sürdüyü şərtlər heç bir nəticə verməyib. Dünən xarici işlər nazirləri görüşüb, Azərbaycan tərəfindən heç bir şərt qəbul olunmadan danışıqlar bərpa edilib və beləliklə işğalçı ölkə məcbur olaraq danışıqlar masasına qayıdıb”.

Azərbaycan prezidenti: “Zəhranın və nənəsinin qanı yerdə qalmadı”

12 İyul 2017 15:05

“Ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi. Zəhranın və nənəsinin qanı yerdə qalmadı”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

Prezident İlham Əliyev: “ABŞ-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyub”

12 İyul 2017 15:03

“ABŞ-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyub”. Bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı söyləyib.

Prezident: “Dünyada narahatedici məqamlar çoxalsa da, Azərbaycanda sabitlik möhkəmlənib”

12 İyul 2017 14:48

“2017-ci ildə Azərbaycan uğurla inkişaf edib, qarşıda duran vəzifələr icra olunub”. Bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı söyləyib. Dövlət başçısı deyib ki, dünyada narahatedici məqamların çoxalmasına baxmayaraq, ölkəmizdə sabitlik möhkəmlənib və bu sabitliyin mənbəyində Azərbaycan xalqı dayanıb. 

Brüsseldə təmas xəttindəki hazırkı vəziyyət müzakirə olunub

12 İyul 2017 14:10

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ötən gün Brüsseldə keçirilmiş görüşü ilə bağlı bəyanat  yayıb. Məlumata görə, həmsədrlər ilin sonunda prezidentlər arasında yüksək səviyyəli görüşün təşkili üçün öz köməklərini təklif ediblər.

Müxalifətin seçki hazırlıqları

12 İyul 2017 14:07

Son aylar ölkənin siyasi həyatında bir hərəkətlilik müşahidə ediılməkdədir. Bu isə gələn il Azərbaycanda keçiriləcək növbəti prezident seçkiləri ilə əlaqədardır. Artıq bir sıra müxalifət partiyaları özünün mərkəzi strukturlarının toplantı və iclaslarını keçirərək 2018-ci il seçkiləri ilə bağlı mövqeyini müəyyənlədşdirir, bəzi partiyalar isə hətta namizədlərinin adlarını açıqlayırlar. Amma qeyri-rəsmi formada seçkilərdə iştirak edəcəklərini bəyanlayan partiya sədrləri müxalifətin vahid namizəd müəyyən edəcəyi təqdirdə, öz iddialarından geri çəkiləcəklərini də istisna etmirlər. Hər halda 2018-ci il seçkiləri ilə bağlı qərar verən partiyalar bunu bəyan ediblər. Hazırda isə müxalifət düşərgəsində cərəyan edən proseslər, bu düşərgədə təmsil olunan bəzi partiyaların digər siyasi təşkilatlara qarşı yuxarıdan aşağı baxması isə onu deməyə əsas verir ki, Azərbaycan müxalifəti 2018-ci ilin seçkilərinə də vahid namizəd müəyyən edə bilməyəcək.

Danışıqlar prosesində irəliləyiş gözlənilirmi?

12 İyul 2017 14:05

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 11 iyul 2017-ci il tarixində Brüsseldə keçirilən görüşündən ciddi gözlənti yox idi. Çünki, görüş öncəsi Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlar və Azərbaycan vətəndaşlarını hədəfə alması sübuta yetirdi ki, düşmən ölkə nəyin bahasına olursa-olsun danışıqlar prosesinin bərpa olmasına mane olmaq istəyir”. Bunu siyasi-şərhçi Elçin Mirzəbəyli deyib.

“Fətullah Gülənin Türkiyəyə ekstradisiya olunması ilə bağlı danışıqlar davam edir”

12 İyul 2017 13:58

Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümü ilə əlaqədar keçirilən mətbuat konfransında bildirib.

130 -140 min insan şübhəli şəxs qismində saxlanılıb, 45 min insan həbs edilib

12 İyul 2017 13:55

"FETO terror qruplaşmasına qarşı Türkiyə hökumətinin apardığı bir illiok mübarizə nəticəsində bu terror qruplaşmasının tamamilə məhv edildiyini deyə bilmərik. Bir il ərzində və ondan öncə illər ərzində türkiyə hökumətinin mübarizələri nəticəsində FETO terror qruplaşmasının gücünü zəiflədiyini, əvvəlki gücdə olmadığını deyə bilərik”. Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu günkü mətbuat konfransında açıqlayıb.