Siyasət

ATƏT PA-nın illik sessiyası Azərbaycan üçün uğurlu olub

12 İyul 2017 13:35

Milli Məclis Sədrinin müavini, ATƏT PA-da Azərbaycan  nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib ki, iyulun 4-də erməni silahlı birləşmələrinin təxribatı nəticəsində qətlə yetirilən Füzuli rayonunun Alxanlı kənd sakinləri 2 yaşlı Zəhranın və nənəsi Sahibə Quliyevanın acınacaqlı aqibəti sessiya iştirakçılarının diqqətinə çatdırıldı. Eyni zamanda Azərbaycan XİN-in müvafiq bəyanatı və qətlə yetirilən mülki şəxslərin şəkilləri ATƏT PA-nın üzvlərinə paylanıldı. Azərbaycan nümayəndə heyəti körpə qatillərini şiddətlə qınayaraq onların layiqli cəza almalarını tələb etdi. Qeyd olundu ki, ATƏT PA bu hadisəyə səssiz qalmamalı, gələcəkdə cəbhə xəttində belə halların baş verməməsi üçün müvafiq addımlar atmalıdır.

15 iyul Türkiyə üçün önəmli tarixdi

12 İyul 2017 13:36

İyulun 12 – də Türkiyənin Azərbaycandakı səfirliyində  15 iyul 2016 – cı il Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümünə həsr olunmuş mətbuat konfransı keçrildi. Mətbuat konfransını giriş sözü ilə açan Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilk olaraq Füzuli rayonunda iki yaşlı Zəhranın və nənəsinin erməni qəsbkarlar tərəfindən öldürülməsindən dərin kədərləndiyini və bu hadisəni şiddətlə qınadığını bildirdi.

"Ermənilərin 2 yaşlı Zəhranı qətlə yetirməsi dünya ictimaiyyətini hiddətləndirib”

12 İyul 2017 13:29

"Azərbaycan ərazilərini işğalı edən erməni silahlı qüvvələrinin iyulun 4-də Füzulinin Alxanlı kəndində həyata keçirdikləri təxribat nəticəsində heç bir günahı olmayan 2 yaşlı körpənin qətlə yetirilməsi vəhşilikdir". Bunu "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov deyib.

Politoloq: “Azərbaycan Rusiyadan böyük həcmdə hərbi texnika və sursat alıb”

12 İyul 2017 13:27

“Torpaqları işğal altında olan ölkə statusuna malik Azərbaycan Respublikası öz hərbi potensialını artırmaq üçün müasir silah növləri almaq məcburiyyətindədir”. Bunu politoloq Vasif Əfəndiyev deyib.

“Artıq dünya dövlətləri Azərbaycana ehtiram nümayiş etdirir”

12 İyul 2017 13:25

“Azərbaycan Prezidentinin Türkiyəyə səfəri zamanı iştirak etdiyi 22-ci Dünya Neft Konqresində və eləcə də tədbir çərçivəsində həyata keçirilən görüşlərdə böyük hörmətlə qarşılanması həm ilk növbədə Dövlət başçısının dünya liderləri arasında şəxsi nüfuzu, həm də ölkəmizin imicinin göstəricisidir. Bu baxımdan bizim üçün də sevindirici haldır ki, Azərbaycan dövlətinə, onun başçısına artıq dünyanın ən böyük dövlətləri, başda ABŞ olmaqla digər Avropa dövlətlərinin hər biri böyük ehtiram nümayiş etdirir”. Bunu  Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Ermənistan hakimiyyəti terrorizmi və cinayəti dövlət səviyyəsində dəstəkləyir

12 İyul 2017 13:01

Ermənistan bütün istiqamətlərdə beynəlxalq hüquq və normaları pozaraq özünün işğalçılıq, separatçılıq siyasəti, qeyri-insani davranışlarını davam etdirir. Dağlıq Qarabağ münaqişəsi meydana gələn vaxtdan bu günə qədər Ermənistanın sayı-hesabı bilinməyən qeyri-insani davranışlarına təəssüflər olsun ki, beynəlxalq birlik, dünya ictimaiyyəti göz yumur.

Avropa Parlamentinin ikibaşlı tövsiyəsi

12 İyul 2017 12:59

Beynəlxalq münasibətlər sistemində baş verən oxşar hadisələrə eyni mövqe və reaksiyanın nümayiş etdirilməməsi artıq dünya birliyində də açıq şəkildə özünü büruzə verir. Məsələn, Ermənistan silahlı qüvvələri 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Doğrudur, bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT kimi nüfuzlu bir qurumun təcavüzkar Ermənistan ordusunun işğal etdiyi ərazilərdən qeyd - şərtsiz çıxması barədə 4 qətnaməsi var, ancaq bu qətnamələr hələ də icra olunmamış qalır. Qeyd edək ki, bu günlərdə Avropa Parlamenti BMT Baş Assambleyasının sentyabrın 12-də keçiriləcək 72-ci sessiyasına  tövsiyələr verib.

Prezidentdən bir çox vəzifəli şəxslər və onların ailə üzvlərinə ciddi xəbərdarlıq

12 İyul 2017 12:58

İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzalamış olduğu sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini Novruzəli Orucov işdən azad edilib. Həmçinin sabiq rəsi müavinin oğlu xuliqanlı zəminində törətdiyi əmələ, avtrobus sürücüsünü döydüyünə görə həbs olunub.

“Türkiyədə hərbi çevrilişə cəhd və beynəlxalq münasibətlər” adlı tədbir keçiriləcək

12 İyul 2017 12:05

Beynəlxalq Dialoq və İnkişaf Alyansı Türkiyədə hərbi çevrilişə cəhdin ildönümü ilə əlaqədar olaraq tədbir keçirəcək. Bu barədə məlumat “OLAYLAR”-a Milli Qeyri-Hökumət Təşkilatları Forumundan daxil olub.

Haaqadakı Ermənistan səfirliyi qarşısında aksiya keçirilib

12 İyul 2017 12:02

Niderland Krallığında yaşayan azərbaycanlılar tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alıxanlı kəndində törətdikləri təxribata etiraz əlaməti olaraq, aksiya keçirilib.

Ermənistan dərk etməlidr ki...

12 İyul 2017 12:01

Avstriyanın Mauerbax qəsəbəsində ATƏT-ə üzv dövlətlərin XİN rəhbərlərinin qeyri-formal toplantısında Azərbaycan nümayəndə heyəti çıxış edib. “Olaylar” xəbər verir ki, Xin rəhbəri bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ATƏT regionunda təhlükəsizlik və sülhə qarşı ən ciddi təhdid olaraq qalmaqda davam edir.

Politoloq: “Bizi nəyləsə qorxutmaq kimlərəsə baha başa gələ bilər”

12 İyul 2017 11:51

“Son bir ayda Azərbaycana qarşı müəyyən qüvvələrin ciddi pressinqinin şahidiyik. Müxtəlif qüvvələr tərəfindən Bakıya təzyiq edərək müəyyən dividentlər almaq istəyirlər”. Bunu  politoloq Zaur Məmmədov deyib.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

12 İyul 2017 11:39

İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Türkiyə mətbuatı İlham Əliyevin İstanbul səfərindən yazıb

12 İyul 2017 11:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində iştirakı tarixi əhəmiyyət daşıyır. Dövlətimizin başçısının Dünya Neft Konqresindəkı proqram xarakterli çıxışı, o cümlədən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşləri zamanı aparılan müzakirələr bir daha təsdiq edir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində aparıcı və ən etibarlı tərəfdaşa çevrilib. Azərbaycanın uğurlu neft strategiyası bir tərəfdən enerji təhlükəsizliyini təmin edirsə, digər tərəfdən böyük bir coğrafiyada inkişafı, tərəqqini, insanların rifahını yüksəldir. Bütün bunlar iqtisadi inkişafın Azərbaycan modelinin dünyaya inteqrasiyasının vacibliyini ortaya qoyur.

Səbuhi Abbasov: “Hər iki dövlət əmin-amanlığa ciddi şəkildə tövhə verir"

12 İyul 2017 11:23

“Türkiyə-Azərbaycan əlaqələrinin tarixi çox qədimlərə gedib çıxır. Əslində bizim tariximiz, kökümüz, dilimiz, dinimiz birdir. Sadəcə tarixin bəzi dönəmlərində bizdən asılı olmayan səbəblərə görə bu əlaqələrdə müəyyən durğunluqlar yaşanmışdı”. Bunu açıqlamasında internet -eksperti Səbuhi Abbasov deyib.