Siyasət

Prezidentdən Qarabağ mesajı

13 İyul 2017 13:36

Nazirlər Kabinetinin cari ilin birinci yarım ilinin yekunları və qarşıda duran vəzifələrə dair iclasında çıxışı zamanı Prezident İlham Əliyev hər zaman olduğu kimi, yenə də Dağlıq Qarabağ problemi və bu problemin həlli istiqamətində atılan addımlardan da danışıb.

Süni qiymət artımı üçün heç bir iqtisadi əsas yoxdur

13 İyul 2017 13:33

Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bir sıra inkişaf etmiş ölkələrin  iqtisadi baxımdan  geriləməsinə səbəb olub. Məsələ orasındadır ki, iqtisadi böhranın aradan qaldırılması istiqamətində dünya ölkələrinin birgə həyata keçirdikləri tədbirlər də elə bir səmərə verməyib.  İqtisadi geriləmə prosesinin nə qədər davam edəcəyi isə hələlik qaranlıq olaraq qalır. 

Həmsədrlərin qarşıdakı 3 illik fəaliyyət planı

13 İyul 2017 13:32

ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərlərinin nəticəsi olaraq uzun müddətdən bəri ara verilən danışıqlar prosesi belə demək mümkünsə bərpa olundu. Vasitəçilərin təşəbbüsü ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin çoxdandır baş tutmayan görüşü Avropanın siyasi paytaxtı kimi tanınan Brüseeldə reallaşdı.

Ermənistanda müharibə qorxusu hər gün daha da artır

13 İyul 2017 13:29

“Cəbhədə baş verən hadisələr Ermənistanda müharibə ab - havasını günü gündən zəiflədir və Ermənistanda müharibə qorxusu artmaqdadır. Çünki, əgər müharibə başlansa, Ermənistanda Azərbaycan ordusu ilə üz-üzə dayanmağa nə əsgəri, nə də ki, bizim silahlarımıza müqavimət göstərə biləcək hərbi texnikası var”. Bu sözləri  millət vəkili Azər Badamov deyib.

Süleyman İsmayılov "Şöhrət" ordeni ilə təltif edildi

13 İyul 2017 13:23

Prezident İlham Əliyev Süleyman İsmayılovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Rusiyadan ABŞ-a MESAJ: “Başınıza gələnlər öz günahınızdır”

13 İyul 2017 12:05

Rusiya Xarici İşlər Nazirliyinin spikeri Mariya Zaxarova hər hadisənin yaşanma səbəbində Rusiyanın adının çəkilməsinə sərt reaksiya verərək ABŞ-a sərt ismarıc göndərib. Spiker G20 zirvəsinə etiraz olaraq Hamburqda təşkil edilən nümayişlər zamanı 2 rus vətəndaşın polislər tətəfindən nəzarətə aparılması hadisəsini dəyərləndirib. M.Zaxarova Feysbukdakı hesabından verdiyi açıqlamada bildirib ki, qərb ölkələrinin Hamburqdakı nümayişlərdə Kremlin əli olduğunu iddia edəcəkləri qənaətindədir:

Akif Nağı: “Rəsmi Bakı bununla, həm də beynəlxalq təşkilatlara mesaj göndərir”

13 İyul 2017 11:50

“Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı ciddi mesajlarını verdi”. Bunu  Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

Sədaqət Vəliyeva: "Azərbaycan xarici investorların ən çox etibar etdiyi ölkədir"

13 İyul 2017 11:43

“Azərbaycanda mövcud olan əlverişli investisiya mühiti, ictimai-siyasi sabitlik və mükəmməl qanunvericilik bazası xarici sərmayədarların diqqətini cəlb etməkdədir. Məhz, bunun nəticəsidir ki, ölkə iqtisadiyyatına qoyulan xarici investisiyanın həcmi qat-qat artıb. Elə bu ilin ilk altı ayı ərzində Azərbaycan iqtisadiyyatına 5 milyard dollar sərmayənin qoyulması bir daha sübut edir ki, ölkəmiz xarici investorların ən çox etibar etdiyi ölkədir”.

Rövşən Rzayev: “Böyük dövlətlər öz sözlərini, mövqelərini bildirməlidir"

13 İyul 2017 11:40

“Həqiqətən Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bütün istiqamətlərdə çox düzgün mövqe vurğuladı”. Bunu  millət vəkili Rövşən Rzayev deyib.

Ermənilər 125 dəfə atəşkəs rejimini pozub

13 İyul 2017 11:26

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da (1 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 125 dəfə pozub.

Politoloq: “Yalnız Kreml Dağlıq Qarabağ tənzimlənməsi ilə məşğul ola bilər”

13 İyul 2017 11:20

“Dağlıq Qarabağ tənzimlənməsində yeni mürəkkəb oyunlar mərhələsi başlayıb. Rusiya bu tənzimlənmədə münaqişə ilə təkbaşına məşğul olmaq istəyir”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Prezident İlham Əliyev: "Azərbaycanda daha sürətlə aparılacaq, tikinti materiallarına böyük ehtiyac olacaq"

12 İyul 2017 19:02

"Azərbaycanda daha sürətlə aparılacaq, tikinti materiallarına böyük ehtiyac olacaq". Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.