Politoloq: “Bu Azərbaycanın dialoqlar mərkəzinə çevrildiyini göstərir”

Gənclər və İdman nazirliyinin dəstəyi ilə keçirilən, dünyanın 157 ölkəsindən idmançının iştirak etdiyi Dünya Skaut Konfransı Bakıda baş tutan dünya səviyyəli növbəti tədbirlərdən biridir. Bu fikri  açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Gənclər və İdman nazirliyinin dəstəyi ilə keçirilən, dünyanın 157 ölkəsindən idmançının iştirak etdiyi Dünya Skaut Konfransı Bakıda baş tutan dünya səviyyəli növbəti tədbirlərdən biridir. Bu fikri  açıqlamasında politoloq Zaur Məmmədov deyib. O qeyd edib ki, Qəbələdə keçirilən Dünya Skaut Gənclər forumunda, Azərbaycan həqiqətlərinin tanınması, gənc liderlik, fəal vətəndaşlıq mövqeyi və sair mövzular ətrafında müzakirələr aparılıb: "Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransının təntənəli açılış mərasimində isə, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Baş nazirin müavini Əli Əhmədov, Gənclər və İdman naziri Azad Rəhimov kimi yüksək səviyyəli nümayəndələr iştirak ediblər. Bu dövlətin bu kimi tədbirlərə və gənclər, idman siyasətinə qayğısının göstəricisidir". 

Politoloq əlavə edib ki, Azərbaycan beynəlxalq aləmdə ölkənin təbliğatını, təkcə siyasi tribunalar vasitəsi ilə deyil, idman, mədəniyyət, incəsənət və s. kimi tədbirlərə ev sahibliyi etməklə çox uğurlu şəkildə həyata keçirir: "Skaut Konfransı bu il ərzində keçirilən yüksək səviyyəli tədbirlərdən biridir. Bu bir daha göstərir ki, bir çox mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkan olan Azərbaycan müxtəlif sahələrdə baş tutan dialoqların mərkəzidir". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31