Siyasət
Göygöldə abadlıq-quruculuq işləri üçün 3 milyon manat ayrıldı
Prezident İlham Əliyev Göygöl şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan jurnalistləri "İlham Əliyevin dostları" səhifəsi yaradıblar
Bir qrup Azərbaycan jurnalisti sosial şəbəkələrdə yeni təşəbbüsə imza atıb. Onlar “İlham Əliyevin dostları” səhifəsini yaradıblar. Mətbuat Şurasından verilən məlumata görə, "Facebook" və "Instagram"da, eyni zamanda, "Twitterdə"ki hesabda Azərbaycan Prezidentinin jurnalistlərlə görüşləri, kütləvi informasiya vasitələri işçilərinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün görülən işlər, eləcə də dövlət başçısı barədə jurnalistlərin qələmə aldıqları yazılar yerləşdirilir. Səhifələrin əsas məqsədi Azərbaycan Prezidentinin media sahəsindəki strategiyasını təbliğ etmək, ümumən mövcud istiqamətdəki dövlət siyasəti ilə bağlı ortaq informasiya platforması yaratmaqdan ibarətdir.
Prezident İlham Əliyev: "Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatacaq"
"Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatacaq". Bunu avqustun 20-də "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialının açılışında iştirak edən Prezident İlham Əliyev xalçaçılarla görüşündə deyib. Dövlətimizin başçısı xalçaçıları xalça fabrikinin açılışı münasibətilə təbrik edib: "Çox gözəl hadisədir. Bu, artıq ikinci xalça fabrikidir ki, Azərbaycanda açılır. Birinci fabriki biz keçən il Füzuli rayonunun Horadiz şəhərində açmışıq. Orada 150 iş yeri yaradılmışdır. Burada da 150 nəfər işlə təmin olunacaq. Burada işləyənlərin demək olar ki, hamısı qadınlardır. Bu xalça fabriklərinin yaradılması çox əlamətdar hadisədir.
Azərbaycan Prezidenti: "Bundan sonra kənd təsərrüfatı ancaq məhsuldarlığın artımı hesabına inkişaf etməlidir"
Bundan sonra kənd təsərrüfatı ancaq məhsuldarlığın artımı hesabına inkişaf etməlidir. Bunu Prezident İlham Əliyev avqustun 20-də Gədəbəy rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. Dövlətimizin başçısı qeyd edib: "Biz gələcəkdə istehsalın artımına ancaq məhsuldarlığın artımı hesabına nail ola bilərik. Dünən Göygöl rayonunda açılan kənd təsərrüfatı laboratoriyasının fəaliyyəti nəticəsində biz buna nail ola bilərik. Ona görə, bütün fermerlərə, kəndlilərə məsləhət görürəm ki, məhsuldarlığın artımına böyük diqqət göstərsinlər. Bu, ilk növbədə, onlara və dövlətə lazımdır. Çünki biz özümüzü bütün ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik.
Prezident İlham Əliyev: "Azərbaycanın bu günü və gələcəyi üçün heç bir problem görmürəm, heç bir risk, təhlükə yoxdur"
Azərbaycanın bu günü və gələcəyi üçün heç bir problem görmürəm, heç bir risk, təhlükə yoxdur. Bunu Prezident İlham Əliyev avqustun 20-də Gədəbəy rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Prezident İlham Əliyev Vilyam Hacıyevi ordenlə təltif etdi
Prezident İlham Əliyev V.F.Hacıyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Rusiyada növbəti anti-Azərbaycan isteriyasına hazır olmalıyıq
“Rusiyada növbəti anti-Azərbaycan isteriyasına hazır olmalıyıq”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə pilitoloq Elxan Şahinoğlu çıxış edib. O, bildirib ki, 1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar oğlu Ruisyanın Xabarovsk şəhərində yaşayan pauerliftinq üzrə dünya çempionu Andrey Draçyovu öldürüb: “İkili restoranın həyətində dava edib.
Erməni təxribat maşını Azərbaycana qarşı səfərbər olub
Erməni təxribat maşını var gücü ilə Azərbaycana qarşı səfərbər olub. Həm düşmən ölkə ərazisində, həm də xaricdə erməni lobbisinin maliyyə dəstəyi ilə dərc edilən kütləvi informasiya vasitələri, qəzetlər və informasiya portallarında hazırda əsas diqqət bir məsələyə yönəlib. Azərbaycan barədə yalan məlumatlar, xəbərlər dövriyyəyə buraxmaq və bununla da cəmiyyətimizdə çaşqınlıq, təşviş yaratmaq. Hazırda Rusiyadan Avropaya, Qərbdən Şərqə doğru hər bir regionda erməni lobbisi və erməni təxribat maşını məhz bu istiqamətə köklənib.
Xaricdən maliyyələşən fitnə ocaqları
Siyasi baxımdan Azərbaycanda istədiklərinə nail ola bilməyən, ölkədəki mövcud sabitliyi pozmaqda aciz görünən Qərbdəki bəzi antiAzərbaycan dairələr, erməni lobbisi və onların daxildəki əlaltıları indi də istiqaməti din faktoruna yönəldiblər. Əslində indi demək də doğru olmazdı.
Dünyada baş verən qarşıdurmalar 3-cü dünya müharibəsi üçün zəmin yaradır
“Bugün dünyada baş verən geosiyasi qarşıdurmalar birmənalı şəkildə 3-cü dünya müharibəsi üçün zəmin yaradır”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyev bildiib ki, proseslər çox gərgin və nizamsız şəkildə cərəyan edir: “Əslində isə böyük güclər öz ssenariləri üzrə prosesi davam etdirirlər.
Politoloq: “Koreya Azərbaycan münasibətlərində dinamika var”
Koreya Azərbaycan münasibətlərində dinamika var. Bizim iqtisadiyyat, kompyuter texnologiyaları sahəsində inkişaf etmiş əlaqələrimiz var. Bu fikirləri politoloq Mübariz Əhmədoğlu BMT-nin sabiq baş katibi Pan Gi Munun Azərbaycan-Koreya münasibətləri haqqındakı fikirlərini şərh edərkən deyib.
Prezident İlham Əliyev Qlobal Gənc Liderlər Forumunda iştirak edən sabiq dövlət və hökumət başçılarını qəbul edib
Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunda iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini, Latviyanın sabiq Prezidenti Valdis Zatlersi, Bolqarıstanın sabiq prezidentləri Rosen Plevnelievi və Petar Stoyanovu, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviçi, İsrailin sabiq Prezidenti Dalia İtziki, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciyanı, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətini qəbul edib.
Azərbaycan İrəvanı dəhşətə gətirəcək yeni silahlar alır? – Rusiya AÇIQLADI
Azərbaycan Rusiyanın S-500 “Prometey” və “Antey-4000” ən yeni zenit-raket sistemlərinin mümkün alıcılarından biridir. Bu haqda “İzvestiya” nəşrinə müsahibəsində hərbi ekspert, “Silah ixracı” jurnalının baş redaktoru Andrey Frolov deyib.
Katerina Yuşenko: Azərbaycan Qlobal Gənc Liderlər Forumunu keçirməklə dünyaya növbəti töhfəsini verir
Azərbaycan Qlobal Gənc Liderlər Forumunu keçirməklə dünyaya növbəti töhfəsini verir. Bunu jurnalistlərə açıqlamasında Ukraynanın sabiq birinci xanımı (2005-2010) Katerina Yuşenko deyib.
Politoloq: “Ermənistanda nəinki Türkmənistan, heç İran mövzusunu bilmirlər”
Prezident Serj Sərkisyanın İran prezidenti Həsən Ruhaniylə görüşü ilə bağlı Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda Ermənistan-İran-Türkmənistan qaz və elektrik enerjisinin mübadiləsi mövzusunun müzakirə olunması barədə də informasiya öz əksini tapmışdı. Bu erməni siyasətçilərinə İranla, o cümlədən Türkmənistanla əlaqələrə yeni PR xarakter verməyə şərait yaratdı. Reallıq isə ayrı şeydir.














