Siyasət

Kaliforniya kanallarında Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilir

26 Fevral 2018 10:06

ABŞ-ın Kaliforniya ştatında Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, ötən il Kaliforniyanın Los Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən istehsal olunmuş “Zülmətdən Qaçarkən” (Running from the Darkness) sənədli filmi bir sıra yerli ictimai kanallarda nümayiş etdirilir. Qeyd edək ki, sözügedən film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir. Olaylar.az bildirir ki, sənədli filmin nümayişi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və Şimali Kaliforniyada yaşayan soydaşımız Zərifə Musayevanın təşkilatçılığı ilə həyata keçirilir.

Litvada Xocalı soyqırımının anım mərasimi keçirildi

26 Fevral 2018 08:58

"Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Litvadakı Səfirliyinin dəstəyi ilə Klaypeda azərbaycanlılarının "Azəris" Cəmiyyəti soyqırıma həsr edilmiş anma mərasimi keçirib. Azərbaycan Respublikasının Litvadakı Səfirliyindən  verilən məlumata görə, Klaypeda şəhərinin Milli mədəniyyətlər sarayında keçirilən tədbirdə şəhər administrasiyasının nümayəndələri, xarici ölkələrin fəxri konsulları, milli icmaların rəhbərləri, yerli sakinlər və soydaşlarımız iştirak ediblər.

Qahirədə Xocalı qurbanları anıldı - FOTO

26 Fevral 2018 08:53

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyinin və burda fəaliyyət göstərən “Vətənpərvər” diaspora təşkilatları birliyinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib. Bu barədə Azərbaycanın Misirdəki səfirliyindən məlumat verilib.

Paşayevadan Makrona etiraz: Ədalətsiz qərar...

25 Fevral 2018 22:31

İstanbulda İSTAD-ın Xocalı soyqırımı ilə bağlı təşkil etdiyi tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva dünyanın hər yerində yaşayan diasporumuza və diaspor təşkilatlarına çağırış edib. O, Fransa prezidentinin qondarma erməni soyqırımı ilə bağlı heç bir tarixi əsası olmayan ədalətsiz açıqlamalarından, Hollandiya Parlamentinin qondarma erməni soyqırımını tanıyan ədalətsiz qərarından danışıb və dünyanın hər yerində yaşayan türk insanının bunlardan narahat olması gərəkdiyini bildirib, bu ədalətsizliyə hamımız harda doğulub harada yaşamasından asılı olmayaraq bütün türk kökənli insanlar öz etiraz səslərini ucaltmalıdır deyib.

Türkiyə Afrində şəhid verib

25 Fevral 2018 18:57