Siyasət

Söyüş və təhqir küçə psixologiyasının məhsuludur RƏY

23 Mart 2018 16:00

Həyatımızın mühüm bir hissəsi olan ənənəvi media ilə yanaşı, elektron KİV, xüsusilə də sosial media və sosial şəbəkələr sürətlə inkişaf edir. Hətta dünyanın süpergüc dövlətlərində belə siyasi kampaniyalar zaman sosial şəbəkələr mühüm faktor kimi çıxış edir. Azərbaycan da beynəlxalq birliyin mühüm bir tərkib hissəsi kimi bu inkişafdan özünə pay götürür. Artıq ölkəmizdə sosial şəbəkə istifadəçilərinin sayı kifayət qədərdir.

"Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərinə böyük uğurlarla gedir"

23 Mart 2018 12:30

"Azərbaycan dövləti və xalqı, o cümlədən Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərinə böyük uğurlarla gedir. Cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan bütün sahələrdə misilsiz nailiyyətlər qazanıb".

"Azərbaycan xalqı düşünərək öz səsini verəcək"

23 Mart 2018 12:28

"Bu gün Azərbaycan regionda lider dövlətdir. Ölkəmiz bu gün öz inkişafı ilə, özünün dünyaya təqdim etdiyi imkanlarla, beynəlxalq əhəmiyyətli layihələrə rəhbərlik etməyi ilə, o layihələri önə aparan, onun arxasında dayanan və etibarlı tərəfdaş olan dövlət kimi hamının maraq çərçivəsindədir".

"Qara yaxmaq istəyən anti-Azərbaycan qüvvələrə qarşı..."

23 Mart 2018 12:24

"Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərinə qara yaxmaq istəyən anti-Azərbaycan qüvvələrə qarşı bütün prezidentsevər, dövlətsevər insanlar və bütün xalqını, millətini sevən insanlar səfərbər olmalıdır".

İrəvan qorxu içində:  Türk ordusu gələrsə...

22 Mart 2018 10:52

Əgər Türkiyə ordusu Suriyanın Qamışlı bölgəsinə gələrsə, erməni diasporu ilə qarşı-qarşıya qalacaq. Bu sözləri İrəvan Dövlət Universitetinin Şərq elmləri fakültəsinin dekanı, türkoloq Ruben Melkonyan bildirib. Melkonyan türk ordusunun “Zeytun budağı” əməliyyatı çərçivəsində hədəf aldığı yaşayış məntəqələri arasında ermənilərin də yaşadığı Qamışlı bölgəsinin olduğunu bildirib:

Səməd Seyidov: “Xalq artıq öz seçimini edib”

22 Mart 2018 10:26

“Nərimanov rayonunda Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasının ilk toplantısı keçirildi. Artıq bayram ab-havası hökm sürür. Hər şey çox yüksək səviyyədə davam edir”. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Prezident seçkiləri ilə bağlı bu prosedurlar bu gün başa çatır

22 Mart 2018 09:25

Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkilərində qeydə alınmış namizədlərin siyahısının dərc edilməsi müddəti bu gün başa çatır. Məlumata görə, Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, qeydə alınmış namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə azı 20 gün qalanadək, yəni martın 22-dək dərc edilməlidir.

Prezident İlham Əliyev 3 rayonda modul tipli məktəblərin quraşdırılmasına vəsait ayırıb (SİYAHI)

21 Mart 2018 16:12

Prezident İlham Əliyev Lənkəran, Lerik və Astara rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.