Siyasət

Meksika Senatında Novruz Bayramı 

25 Mart 2018 09:39

Meksika Birləşmiş Ştatlarının Senatı binasında “Beynəlxalq Novruz Bayramı Günü” təntənəli şəkildə qeyd olunub. Tədbir Meksika Senatının Xarici Əlaqələr Komissiyasının təşkilatçılığı və Azərbaycan, İran, Pakistan, Türkiyə və Gürcüstan Səfirliklərinin dəstəyi ilə keçirilib. Səfirlikdən Olaylar.az -a bildirilib ki, senatın prezidenti Ernesto Kordero tədbirdə iştirak edən çoxsaylı qonaqları salamlayaraq baharın gəlişi və torpağın oyanmasından xəbər verən, dünyada 300 milyondan artıq insan tərəfindən qeyd edilən, dünya mədəniyyəti qeyri-maddi irsi olan Novruz Bayramını Azərbaycan, İran, Pakistan, Türkiyə və Gürcüstan xalqları ilə birgə qeyd edilməsindən məmnunluğunu izhar etdi.

Prezident İlham Əliyev Kürdəmirdə “ASAN xidmət” mərkəzinin tikintisinə vəsait ayırıb

24 Mart 2018 19:48

Prezident İlham Əliyev Kürdəmir rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

24 Mart 2018 19:41

Prezident İlham Əliyev Yunanıstan Prezidenti Prokopis Pavlopulosa təbrik məktubu göndərib.

Məzahir Pənahov: "Sosial şəbəkələrlə bağlı müraciətlər MSK-da araşdırılacaq"

24 Mart 2018 16:33

Sosial şəbəkələrlə bağlı müraciətlər Mərkəzi Seçki Komissiyasında (MSK) araşdırılacaq. Məlumata görə, bunu bu gün MSK-nın iclasında sədr Məzahir Pənahov bildirib. M.Pənahovun sözlərinə görə, KİV-lərlə bərabər sosial şəbəkələr də diqqət mərkəzində olacaq.

"Exit-poll" keçiriləcək dairələrin sayı açıqlandı

24 Mart 2018 15:18

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar "exit-poll" keçiriləcək dairələrin sayı məlum olub. Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiya sədrinin müavini Natiq Məmmədov bildirib ki, Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın "Opinion Way" təşkilatı ilə birlikdə 118, "Els" Müstəqil Araşdırmalar Mərkəzi 118, "RƏY" Monitorinq Mərkəzi 48 və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "Artur Finkelşteyn və Assosiasiya" şirkəti ilə birlikdə 40 seçki dairəsində monitorinq keçirəcək.

4 təşkilat prezident seçkilərində “exit-poll” keçirmək üçün MSK-ya müraciət edib

24 Mart 2018 12:05

4 təşkilat Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

Elxan Şahinoğlu: “Kasprişikin fəaliyyəti işğalçılara xidmətdir”  ŞƏRH

24 Mart 2018 11:06

“ATƏT-in 2017-ci il üzrə hesabatında deyilir ki, 2017-ci il ərzində ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və onun komandası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti daimi analiz etmək üçün monitorinqlər həyata keçiriblər. Hesabatda ən önəmli cümlə budur: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə Kaspşikin ofisi fəal təsir göstərib”. Bunu politoloq Elxan Şahinoğlu deyib.

Çavuşoğlu: "Hansı Avropa ölkəsi bu hüquqlara hörmət göstərə bilərdi?" 

23 Mart 2018 18:53

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun “Le Monde” qəzetində “Türkiyə: Avropanın təhlükəsizliyi üçün əvəzedilməz müttəfiq” başlıqlı məqaləsi dərc olunub. Türkiyənin Azərbaycandakı səfirliyindən Olaylar.az - a verilən məlumata görə, məqalədə deyilir: İŞİD kimi terror təşkilatları ilə mübarizə və miqrasiya istiqamətləri hazırda Avropa ölkələrinin qarşısında duran ən böyük çətinliklərdir. Türkiyə, bu çətinlikləri aşma mövzusundakı beynəlxalq səylər kontekstində mühüm bir rol oynamağa davam etməkdədir.

Əli Həsənov: "Bu yaxşı nümunənin başlanğıcı hesab oluna bilər"

23 Mart 2018 18:41

"Cəmiyyətimizdə baş verən hadisələr və cərəyan edən proseslərlə bağlı müxtəlif siyasi qüvvələrin, ayrı-ayrı ictimaiyyət nümayəndələrinin konstruktiv müzakirəsini, sağlam polemika və sərbəst fikir mübadiləsini təşkil etmək mənim bundan öncə yazdığım hər iki statusun başlıca məqsədi olmuşdur". Bu sözləri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov feysbuk sosial şəbəkəsindəki hesabında yazıb.