Siyasət
Prezident İlham Əliyev akademik Əhəd Yaqubovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb
Prezident İlham Əliyev akademik Əhəd Yaqubovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 2018-ci ilin may ayında görkəmli Azərbaycan alimi, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Əhəd Ələkbər oğlu Yaqubovun anadan olmasının 110 illiyi tamam olur.
“Xocalı dərsi” filmi təqdim olundu
Martın 29 – da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun maliyyə dəstəyi ilə “ARB Aran” və “Qulp Studio” nun birgə lentə aldığı “Xocalı dərsi” sənədli filminin təqdimatı keçirildi. Təqdimatda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, QHT nümayəndələri, media kapitanları və Xocalı sakinləri iştirak ediblər.
Siyavuş Novruzov: “Əgər kim istəyirsə müqavilə bağlayıb, təbliğatını apara bilər"
“Azərbaycanda seçki mühiti seçkilərin tam keçirilməsi üçün cavab verən bir mühitdir. Əgər biz birinci növbədə qanunun aliliyini götürsək görərik ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsi var və bu, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun şəkildə formalaşıb”. Bunu Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd cənab İlham Əliyevin səlahiyyətli nümayəndəsi, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
Elman Nəsirov: "Seçkilər yaxınlaşdıqca anti-Azərbaycan dairələrin əlində alətə çevrilmiş müxalif ünsürlər fəallaşmağa başlayıb"
Azərbaycanın siyasi həyatında çox mühüm yeri olan prezident seçkiləri yaxınlaşdıqca beynəlxalq aləmdəki anti-Azərbaycan siyasi dairələr, eyni zamanda, onların əlində alətə çevrilmiş üzdəniraq radikal müxalif ünsürlər fəallaşmağa başlayıb.
Seçkilər zamanı yol verilən qanun pozuntuları ilə bağlı Baş Prokurorluqda İşçi qrupu yaradılıb
Baş prokuror Zakir Qaralov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri Korin Yonkerlə görüşüb.
Prezident seçkilərinin nəticələri xalqın iradəsini ifadə edəcək
“Ölkəmizdə azad və şəffaf seçkilərin keçirilməsi üçün bütün imkanlar mövcuddur. Bu baxımdan, növbəti prezident seçkilərinin nəticələri də xalqın iradəsini ifadə edəcək”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı Sona Əliyeva səsləndirib. O, bildirib ki, Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var: “Mövcud Seçki Məcəlləsi ilə ölkəmizdə demokratik seçkilər keçirmək tam mümkündür.
Zakir Qaralov ATƏT-in müşahidə missiyasının rəhbərini qəbul etdi
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov martın 29-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri Korin Yonkerlə görüşüb. Baş Prokurorluqdan “Olaylar”a verilən məlumata görə, ölkəmizdə seçkilərin demokratik və şəffaf şəraitdə keçirilməsi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədi ilə görülən işlərdən danışan Baş prokuror seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verərək, seçkilər zamanı yol verilən qanun pozuntuları ilə bağlı Baş Prokurorluğa daxil olan cinayət xarakterli məlumatların təxirəsalınmadan araşdırılmasının təmin edilməsi məqsədi ilə İşçi qrupunun yaradıldığını xüsusi qeyd edib.
Milli Şuranın ölkədə dini qarşıdurma yaratmaq cəhdi
Hər zaman siyasi mübarizədən ehtiyat edib seçkilərə qatılmaqdan yayınan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli 11 aprel prezident seçkiləri ərəfəsində də öz “ənənəsinə” sadiq qaldı. Seçkini boykot qərarı verən AXCP sədri və onun yaxın ətrafı, eləcə də Milli Şura adlanan qurum düşünürdü ki, onların boykot qərarı istədikləri effekti verəcək və beynəlxalq təşkilatlar, Qərb dövlətləri əvvəlcədən Azərbaycanda keçiriləcək prezident seçkilərinin legitimliyini tanımayacaqlar.
Millət vəkili: “Quba məzarlığı azərbaycanlıların soyqırımının əyani sübutudur”
UNEC-də azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunan “31 mart soyqırımı: insanlıq əleyhinə yönəldilmiş qəddar cinayət” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Müdafiə Nazirliyi: "Azərbaycanın əldə etdiyi silahların keyfiyyətsiz olması barədə yayılan şayiələr təxribatdır"
Azərbaycanın əldə etdiyi silahların keyfiyyətsiz olması barədə yayılan şayiələr təxribatdır. Müdafiə Nazirliyindən verilən məlumata görə, son günlər xarici və yerli kütləvi informasiya vasitələrində Azərbaycanın Rusiyadan əldə etdiyi silahların yararsız olması ilə bağlı müxtəlif şayiələr yayılıb: "Rəsmi olaraq bildiririk ki, bu kimi xəbərlər həqiqətə uyğun deyil və onların yayılması təxribat xarakteri daşıyır.
İranla Azərbaycan arasında ziddiyyətlər əməkdaşlıqla əvəzləndi
İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Nəzərə almaq lazımdır ki, hazırda regional və qlobal səviyyədə müşahidə edilən mürəkkəb proseslərin fonunda İran prezidentinin ölkəmizə səfəri xüsusi əhəmiyyətə malikdir.
Rəcəb Tayyib Ərdoğan Zakir Həsənovu qəbul edib
Martın 29-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovu qəbul edib.“OLAYLAR” xəbər verir ki, məlumatı Müdafiə Nazirliyi yayıb.
Azərbaycandakı prezident seçkiləri müzakirə olunub
Avropada işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Varşava şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu ziyarət edib. “OLAYLAR” xəbər verir ki, ATƏT DTİHB-in Seçkilər Departamentinin rəhbəri Aleksandr Şlyuk, ATƏT DTİHB-in İnsan Haqları Departamentinin rəhbəriOmer Fişer və ATƏT DTİHB-in seçkilər üzrə məsləhətçisi və Azərbaycan üzrə kuratoru Radivoje Qrujic ilə görüşən hüquq müdafiəçisi Əhməd Şahidov 11 Aprel tarixində Azərbaycanda keçiriləcək Prezident seçkiləri barədə məlumat verib, seçki öncəsi vəziyyəti xarakterizə edib və ATƏT DT
Politoloq: “Stanislav Tarasovun kimə xidmət etdiyi məlumdur”
“Hər bir satıcı kimi Rusiyanın da əsas məqsədi silah sataraq maliyyə əldə etməkdir”. Bu fikri politoloq Zaur Məmmədov Rusiyanın Azərbaycana silah satışını dayandırması haqda bəzi rus ekspertlərin səsləndirdiyi fikirləri şərh edərkən deyib.
“İnanıram ki, xalq bir daha düzgün seçim edəcək”
"Azərbaycanda prezident seçkisinin keçirilməsi üçün lazımi şərait yaradılıb”. Bu fikri Milli Məclisin deputatı Rövşən Rzayev deyib. O qeyd edib ki, seçki öncəsi namizədlərin təbliğatı üçün bütün şərait yaradılıb və onlar təbliğatını davam etdirir.














