Seçkilər Türkiyə KİV-ləri tərəfindən geniş işıqlandırılıb
11 Aprel 2018 20:00 SiyasətAprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri Türkiyə KİV-ləri tərəfindən geniş işıqlandırılmaqdadır.
Azadinform xəbər verir ki, Anadolu agentliyi, çoxtirajlı "Millət", "Sabah" və digər qəzetlər, habelə ölkənin televiziya kanalları və xəbər portalları seçkilərin yüksək səviyyədə təşkil olunduğunu, səsvermənin azad və demokratik şəkildə, seçicilərin fəallığı şəraitində keçdiyini vurğulayırlar.
Türkiyə mediasında yayılan xəbərlərdə seçkiləri izləyən beynəlxalq müşahidəçilərin seçki prosesi və səsvermənin gedişi barədə çoxsaylı müsbət fikirlərinə də yer ayrılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31